BAKI,VOA,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd Əl-Budeyvi İranın Küveyt və İordaniya ərazilərinə endirdiyi yeni hücumları sərt şəkildə pisləyib.
VOA xəbər verir ki, Baş katib yaydığı bəyanatda hücumların hər iki ölkənin suverenliyinin kobud şəkildə pozulması, eləcə də beynəlxalq hüququn açıq şəkildə tapdalanması olduğunu bildirib.
Casim Məhəmməd Əl-Budeyvi vurğulayıb ki, bu hücumlar regionda təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan təhlükəli gərginlikdir.
Baş katib Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin Küveyt və İordaniya ilə tam həmrəy olduğunu bəyan edib. O, təşkilata üzv ölkələrin hər iki dövlətin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq istiqamətində atacağı bütün addımları dəstəklədiyini bildirib.
Bəyanatda regional sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyi bir daha vurğulanıb.