Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Trampın Qəzza planı İsrailin baxışına daha yaxındır - HƏMAS

    30 Sentyabr 2025 10:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampın Qəzza planı İsrailin baxışına daha yaxındır - HƏMAS
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Qətər və Misirin, ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən və Qəzzada münaqişəni sonlandırmağı hədəfləyən 20 maddəlik planı HƏMAS-a çatdırdığı bildirilib.

    AzerVoice xəbər verir ki bu barədə məlumat "El-Kahire News" telekanalına danışan, adının açıqlanmasını istəməyən misirli təhlükəsizlik mənbəsinə istinadla verilib. Məlumata görə, Trampın “Qəzza Münaqişəsini Sonlandıracaq Əhatəli Planı”, hər iki ölkə tərəfindən HƏMAS-a təqdim olunub.

    Xəbərdə qeyd edilir ki, HƏMAS planı “obyektiv və müsbət yanaşma ilə” araşdıracağını bildirib. Qətər və Misirdən məsələyə dair hələlik rəsmi açıqlama verilməsə də, bəzi fələstinli mənbələr də planın bir nüsxəsinin HƏMAS-a çatdırıldığını təsdiqləyib.

    Mənbələr əlavə edib ki, HƏMAS digər fələstinli fraksiyalarla birlikdə planı qiymətləndirəcək və müzakirə edəcək.

    HƏMAS rəhbərlərindən Mahmud Merdavi, El-Əqsa televiziya kanalına verdiyi açıqlamada Trampın təqdim etdiyi planın İsrailin mövqeyinə yaxın olduğunu deyib. Onun sözlərinə görə, plandakı müddəalar müəmmalı və boşluqlarla doludur, həmçinin fələstinlilər üçün heç bir real təminat vermir.

    Merdavi qeyd edib ki, bu planın əsas məqsədi, Fələstin dövlətinin tanınmasına dair beynəlxalq dəstəyi zəiflətmək və önləməkdir.

    HƏMAS-ın təklifi digər fələstinli qruplarla birlikdə müzakirə edəcəyini bildirən Merdavi, təşkilatın Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnu tanımayan və onları soyqırımdan qorumağa yönəlməyən heç bir planı qəbul etməyəcəyini vurğulayıb.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün 20 maddədən ibarət "Qəzza Çatışmasını Sonlandıracaq Əhatəli Planı" təqdim etmişdi. Plan, bölgədə atəşkəsin təmin olunmasını, humanitar yardımın çatdırılmasını, Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini və İsrail ilə HƏMAS arasında əsir dəyişimini nəzərdə tutur.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30
    XƏBƏR LENTİ

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.