Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 25 fələstinli öldürülüb

    15 Sentyabr 2025 14:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda daha 25 fələstinli öldürülüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb.

    AzerVoice xəbər verir ki, əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.

    Şəhərin şimalında həyata keçirilən başqa bir hücumda isə iki ev hədəfə alınıb, nəticədə 10 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza şəhərinin Kerame bölgəsində mülki vətəndaşların toplandığı əraziyə edilən hava zərbələri 5 nəfərin ölümünə səbəb olub.

    Qəzzada vəziyyət kritik olaraq qalır. İsrail ordusu Zeytun və Şeyx Ridvan Gölü bölgələrində partlayıcı yüklü hərbi texnika və robotlar vasitəsilə yaşayış evlərini dağıdır. Cənub bölgəsində hərbi texnikanın məhdud irəliləyişi müşahidə olunub.

    Bölgədə genişmiqyaslı məcburi köç də qeydə alınıb. Məcburi şəkildə köçürülən fələstinlilərin istifadə etdiyi Reşid prospektində gecə saatlarından etibarən intensiv nəqliyyat sıxlığı müşahidə edilir.

    Qəzza zolağının mərkəzindəki Muğraka qəsəbəsində, İsrailə məxsus pilotsuz uçuş aparatı (İHA) odun toplayan bir fələstinlini birbaşa hədəfə alaraq öldürüb. Eyni zamanda, Nusayrat Qaçqınlar Düşərgəsinin şimal və mərkəzi hissələri artilleriya atəşinə tutulub.

    Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir neçə bölgəyə hava hücumları təşkil olunub. Mevasi bölgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində, aralarında bir ər-arvadın da olduğu 3 fələstinli həyatını itirib.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi #İsrail Qəzza işğalı #İsrail Qəzza bombardmanı #İsrail Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    3 Sentyabr 2026 22:01

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    3 Sentyabr 2026 21:03

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48
    XƏBƏR LENTİ

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.