#İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi

Gələn il Avstriyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə İsrailin qatılmamasının qadağan olunması üçün başlanan imza kampaniyasında bu günə qədər 600 mindən çox insan iştirak edib. Avaaz Qlobal Vətəndaşlıq Platformasında təşkil olunan kampaniya, İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinə qatılmasına icazə verilməsindən sonra start götürüb. Kampaniyada bütün yayımlayıcılara və Avropa Yayım Birliyinə (EBU) müraciət edilərək, İsrailin iştirakının dərhal dayandırılması tələb olunub.

İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub. Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində 3-ü uşaq olmaqla 25 fələstinli həyatını itirib. Xəstəxana mənbələri və yerli şahidlərin bildirdiyinə görə, Qəzza şəhərinə yönəlmiş hücumlar xüsusilə intensiv xarakter alıb. Əldə olunan məlumatlara görə, İsrail ordusu Qəzza şəhərinin qərbindəki Rimal məhəlləsində bir fələstinli ailənin yerləşdiyi çadırı bombalayıb. Nəticədə, 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.

İsrail ordusu bu gün, çərşənbə axşamı Qəzza şəhərində yaşayan bütün sakinlərə və şəhərin bütün məhəllələrində olanlara təxliyə əmri verib. Ordunun bəyanatında sakinlərin Rəşid dəhlizi vasitəsilə Mavasi bölgəsində yerləşən “humanitar zona”ya getmələri tələb olunur. İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə “X” üzərindən yaydığı açıqlamada bildirib. “Qəzza şəhərinin bütün sakinlərinə təcili çağırış: qədim şəhərdən Tut əl-Tuffah bölgəsinə qədər şərqdən qərbdəki dənizə qədər — ordu Həmas-ı tamamilə məhv etməkdə qərarlıdır və şəhərdə güclü əməliyyat aparacaq. Öz təhlükəsizliyiniz üçün dərhal Rəşid dəhlizindən Mavasi bölgəsinə gedin. Burada qalmaq olduqca təhlükəlidir.”-deyə o qeyd edib.

Suriyanın ilkin baxışı atəşkəs razılaşmasının icrasını təsdiqləmək və ya ona bənzər yeni bir razılaşma əldə etmək, sonra isə siyasi proses başlatmaq idi. Bu proses nəticə etibarilə sülh sazişinə və bəlkə də “İbrahim razılaşmalarına” qoşulmağa gətirib çıxara bilərdi. Amma nəzərə almaq lazımdır ki, Suriya bu razılaşmalara qoşulan digər ərəblərdən fərqlidir: Suriyanın işğal altında olan torpağı – Colan var, İsraillə təmas xətləri var, İsrail ordusu isə Suriyanın dərinliklərinə soxulub. Buna görə də Dəməşq açıq şəkildə bildirdi ki, prioritet – atəşkəs razılaşması və ya ona bənzər bir sazişdir.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.

İsrail ordusunun gün ərzində Qəzza zolağının çoxsaylı bölgələrində mülki əhalini hədəf alan hücumları nəticəsində bu gün 58 fələstinli həyatını itirib. AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinə planlı işğalının bir hissəsi olaraq Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrində çoxsaylı bölgələrdə evlərə, mülki insanların toplaşdığı yerlərə və yardım istəyən insanlara hücumlar həyata keçirilib.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda 7 fələstinli həyatını itirib, bir neçə nəfər isə yaralanıb. ,Xəstəxana mənbələri və görən şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında mülki fələstinlilərin yaşadığı çadırlar və evləri hədəf alıb. Qəzza şəhərində yerləşən Derec məhəlləsində bir evə edilən hava hücumu nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Şəhərin şimalında, Şeyx Rıdvan qəbiristanlığı yaxınlığında məcburi köçkünlərin yaşadığı çadır düşərgəsinə edilən hücumda isə 9 fələstinli yaralanıb. İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin qərbindəki Qədisiyyə qaçqın düşərgəsindəki çadırlara da hava zərbəsi endirib. Bu hücumda 2 fələstinli həlak olub.

İsrail Baş Qərargah rəisi Eyal Zamir Təhlükəsizlik Kabinetinin qərarından sonra Qəzza şəhərinin işğal planını təsdiqləyib. Ordunun məlumatına görə, Zamir bu barədə ordu komandanlığı və Şin Bet rəhbərliyi ilə görüş keçirib. Bəyanatda qeyd olunub ki, plan siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq hazırlanıb və təsdiqlənib. Görüşdə həmçinin ordunun son günlər Zeytun məhəlləsinə endirdiyi hücumlar da müzakirə olunub.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş "X" sosial media hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, son 24 saatda biri uşaq olmaqla daha 4 fələstinli aclıqdan ölüb. Bununla da ölənlərin sayı 197-yə çatıb.