Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Bağdad ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırır

    14 Sentyabr 2025 18:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bağdad ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani tərəfindən “İsrailə qarşı ərəb–islam ittifaqı qurmaq” çağırışı, İsrailin müxtəlif istiqamətlərdə davam edən hücumlarının yaratdığı böyük təhlükələr fonunda, o cümlədən Qətərin paytaxtı Dohanın hədəfə alınması səbəbilə, iraqlılar arasında müsbət əks-səda doğurub.

    Sudani televiziya açıqlamalarında “İsrailin Qətəri hədəf almasının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu” bildirib, “İsrailə qarşı siyasi, təhlükəsizlik və iqtisadi islam ittifaqı qurmağın vacibliyini” vurğulayıb.

    O deyib ki, “İsrailin Qətəri bombalaması şokedici hadisədir və bütün qanunların və beynəlxalq normaların pozulmasıdır. Bu hədəf alma İsrailin cinayətkar hökumətinin təcavüzkar xəttini təsdiqlədi. İsrail hökuməti hər şeyi ələ saldı. Qəzzada iki ildən artıqdır davam edənlər isə sistemli qətldir”.

    Sudaninin sözlərinə görə, İsrailin hücumu “qardaş bir dövlətə qarşı təcavüz və onun, həm də bütün region ölkələrinin təhlükəsizliyi üçün təhdiddir. Artıq vaxt çatıb ki, islam ölkələrinin siyasi, təhlükəsizlik və iqtisadi ittifaqı elan olunsun”. O, “İslam dövlətlərinin birgə təhlükəsizlik qüvvəsi formasında belə bir ittifaqın yaradılmasına mane olan heç bir səbəb olmadığını” iddia edib.

    “Qətərlə məhdudlaşmayan bu təcavüz qarşısında dayanmaq üçün istifadə edilə biləcək bir çox vasitələrimiz var” – deyə Sudani əlavə edib.

    İsrailin ötən həftə Qətərə hücumundan sonra, Dohada keçirilən fövqəladə ərəb–islam sammitində İraq nümayəndə heyətinə rəhbərlik edən Sudani, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı apararaq, onunla “ərəb xarici işlər nazirlərinin təcili iclası və ən qısa zamanda fövqəladə ərəb–islam sammitinin keçirilməsi barədə” razılaşıb.

    Məqsəd İsrailin hücumlar silsiləsində misilsiz dönüş nöqtəsi hesab edilən addımlarına, eləcə də Qəzza zolağının dağıdılmasına cavab vermək idi, – deyə Bağdaddakı məlumatlı mənbələr bildiriblər.

    İraqdakı “Siyasi Düşüncə Mərkəzi”nin rəhbəri doktor İhsan əş-Şəmməri bildirib ki, “belə bir ittifaqın yaradılması çağırışı Qətərin bombalanmasına qarşı ərəb və islam reaksiyalarının tərkib hissəsidir və vahid ərəb–islam mövqeyinin zəruriliyini göstərir”.

    “İsrailə qarşı belə bir ittifaqın yaradılması çəkindirmə gücünün bir hissəsidir, xüsusilə də İsrail bəzi ərəb və islam ölkələri ilə bağlı heç bir həddi gözə almır və atəşkəsə dair çağırışlara və ya Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllinə əhəmiyyət vermir”.-deyə o qeyd edib.

    Əş-Şəmmarinin sözlərinə görə, “bu çağırış həmçinin İsrailin təkcə ərəb ölkələrinə deyil, xüsusilə də İraqa böyük təhlükə yaratdığı hissi ilə üst-üstə düşür. Çünki Netanyahu müəyyən etdiyi təsnifata görə İraqı ‘şər ölkələri’ sırasında göstərib.

    Əş-Şəmmeri vurğulayıb ki, “belə bir çağırış ərəb və islam ölkələrində yaranmış qəzəb fonunda İsrailə qarşı siyasi təzyiq istiqamətində real bir kurs tuta bilər”, amma eyni zamanda yaxın gələcəkdə “hərbi ittifaq qurulmasının mümkün olmadığını, çünki bunun daha çox araşdırma və anlaşma tələb etdiyini” istisna etməyib.

    Öz növbəsində siyasi məsələlər üzrə tədqiqatçı doktor Seyf əs-Sədi deyib ki, “İraqın İsrailə qarşı islam hərbi alyansı yaratmaq çağırışını reallıqda tətbiq etmək mümkün deyil, çünki bir çox islam ölkələrinin ABŞ-la münasibətləri var”.

    “İraqın çağırışı təxminən 10 il əvvəl Misirin təklif etdiyi, indi isə Dohada keçiriləcək fövqəladə ərəb–islam sammitində elan ediləcəyi gözlənilən ərəb NATO-sunun aktivləşdirilməsi ilə bağlı gözləntilərlə üst-üstə düşür”.-deyə o bildirib.

    Əs-Sədi onu da qeyd edib ki, “iqtisadi alyansın yaradılması təsiri baxımından daha böyük ola bilər və 17 oktyabr 1973-cü ildə ərəb liderlərinin ABŞ-a və İsraili dəstəkləyən ölkələrə neft ixracını qadağan etməsi qərarına bənzər təsir göstərə bilər. Xüsusilə də ABŞ prezidenti Donald Tramp iqtisadiyyat adamıdır və sövdələşmə adamı kimi tanınır”.

    “İsrailin Yaxın Şərqdə törətdiyi təxribatlar səbəbindən ərəb və islam ölkələrinin ABŞ-la təhlükəsizlik əlaqələrini yenidən qiymətləndirməklə hədələməsi və bu barədə xəbərdarlıq etməsi, Trampı hesablarını yenidən gözdən keçirməyə vadar edə bilər. Üstəlik, Çin və Rusiya dəstək verməyə hazırdır” – deyə, Əs-Sədi əlavə edib.

    #Qəzza #İsrail #Qəzza zolağı #Qətər #İraq #HƏMAS #Məhəmməd Şia Əl-Sudani #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzanın işğalı #HƏMAS İsrail hücumu #İsrail hücumu Qətər #İsrail hücumu HƏMAS #İsrail HƏMAS sui-qəsd #İsrail Qətər gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Anar Quliyev BMT-də çıxış etdi

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    Dərin qeyri-müəyyənlik... Tehranda qərar qəbuletmə aparatı dağılıbmı?

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.