Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada son sutka ərzində aclıqdan ölənlərin sayı artıb

    9 Sentyabr 2025 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada son sutka ərzində aclıqdan ölənlərin sayı artıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşayan Qəzza zolağında son 24 saatda aclıqdan ölənlərin sayı 6 nəfər artaraq 140-ı uşaq olmaqla 399-a çatıb.

    AzerVoice xəbər verir ki, Qəzzədəki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, aclıq səbəbilə həyatını itirənlərlə bağlı son məlumatlar paylaşılıb. Açıqlamaya görə, son 24 saat ərzində 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə vəfat edib.

    Bununla da, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında aclıqdan həyatını itirənlərin sayı 140-ı uşaq olmaqla 393-ə yüksəlib.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi “İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı” (IPC) tərəfindən 22 avqustda yayımlanan açıqlamada Qəzzədə rəsmi olaraq aclıq elan edildiyi və bu tarixdən sonra 25-i uşaq olmaqla 115 nəfərin aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirdiyi bildirilib.

    IPC həmçinin Qəzzə şəhərində “aclq vəziyyəti” elan edib və bu vəziyyətin sentyabr ayının sonuna qədər Deyr əl-Bələh və Xan Yunis şəhərlərinə də yayıla biləcəyini bildirib.

    Qeyd edək ki İsrailin hücumları və humanitar yardımların daxil olmasına maneə yaradan sərt blokadası nəticəsində Qəzza zolağında aclıq geniş yayılıb. Regionda su, dərman, tibbi ləvazimat və gigiyenik vasitələrin çatışmazlığı müşahidə olunur və bu vəziyyət humanitar fəlakətə çevrilib.

    Xüsusilə uşaqlar arasında aclıq səbəbilə ölüm halları sürətlə artır. Yerli və beynəlxalq müşahidəçilər İsrailin “aclıq və susuzluğu silah kimi istifadə etdiyini” qeyd edirlər.

    Sivil infrastrukturun təxribata uğradıldığı və Qəzzənin 88%-nin dağıdıldığı qeyd olunur. İsrail ordusu, sürgün əmrləri ilə yerindən edilən fələstinliləri mütəmadi olaraq sığındıqları ərazilərdə hədəf alır.

    Əhalisi təxminən 2,3 milyon nəfər olan Qəzzə zolağında İsrailin hücumları və köç əmrləri nəticəsində 2 milyona yaxın insan evlərindən didərgin düşüb. Bir çox insan dəfələrlə yer dəyişmək məcburiyyətində qalıb.

    Əsas ehtiyaclardan məhrum edilərək yerindən edilən fələstinlilər, yararsız çadırlarda və ya gigiyena şəraitinin son dərəcə pis olduğu, tualetlərin belə kifayət etmədiyi, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə gündəlik hücumlarla bu köçkünlərin sığındıqları çadırları və digər mülki obyektləri bombalayır.

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində indiyədək azı 64 min 368 fələstinli həyatını itirib, 162 min 367 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.