Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    17 ərəb ölkəsi silahları təhvil verməsi üçün HƏMAS-a çağırış edib

    30 İyul 2025 13:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    17 ərəb ölkəsi silahları təhvil verməsi üçün HƏMAS-a çağırış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    17 ərəb ölkəsi BMT konfransından sonra HƏMAS-a silahı yerə qoymaq və Qəzzadakı nəzarəti Fələstin Muxtariyyətinə vermək çağırışı edib.

    AzerVoice xəbər verir ki, BMT-nin himayəsi altında keçirilən beynəlxalq konfransdan sonra Qətər, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələr daxil olmaqla 17 ərəb dövləti birgə bəyannamə imzalayıb.

    Bəyannamədə HƏMAS-a Qəzzada silahlı fəaliyyətlərinə son qoymaq, nəzarəti Fələstinə təhvil vermək və bölgədə daimi həllə imkan yaratmaq çağırışı edilib.

    Sənəddə “Qəzzada müharibənin sona çatması üçün HƏMAS öz hökumətini tərk etməli və silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir”- deyə qeyd edilib.

    Eyni zamanda, münaqişədən sonrakı mərhələdə Qəzzaya müvəqqəti beynəlxalq sabitləşdirmə missiyasının göndərilməsi təklifi də irəli sürülüb. Missiyanın BMT Təhlükəsizlik Şurasının razılığı və Fələstin Administrasiyasının dəvəti ilə fəaliyyət göstərəcəyi bildirilir.

    Xatırladaq ki, HƏMAS-ın bəzi nümayəndələri bu ayın əvvəlində Səudiyyə Ərəbistanı mətbuatına bildiriblər ki, atəşkəs razılaşması çərçivəsində silahların təhvil verilməsi məsələsini nəzərdən keçirməyə açıq ola bilərlər.

    Bu çağırışın bölgədə uzunmüddətli sabitliyə töhfə verib-verməyəcəyi yaxın həftələrdə baş tutacaq siyasi danışıqlardan asılı olacaq.

    #Qəzza zolağı #BMT #Qətər #HƏMAS #Ərəb ölkələri #Qəzza hücumu #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #HƏMAS-ın mövqeyi #HƏMAS İsrail münaqişəsi #Qəzza humanitar böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    1 Sentyabr 2026 11:50

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33
    XƏBƏR LENTİ

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.