Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Tehranda Humanitar Böhran Təhlükəsi: İsrail Hava Hücumlarını Genişləndirir

    17 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tehranda Humanitar Böhran Təhlükəsi: İsrail Hava Hücumlarını Genişləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    İsrail təkcə İranın ordu, İnqilab Keşikçiləri və kəşfiyyat rəhbərlərini hədəfə alan dəqiq hərbi zərbələrlə kifayətlənməyib. O, həmçinin hava hücumundan müdafiə sistemləri və raket buraxılış qurğularını, eləcə də nüvə obyektlərini vurmaqla yanaşı, indi də Qəzzadakı ssenarini tətbiq edərək mülki obyektləri hədəf almağa, sakinlərə təxliyə çağırışları etməyə və dövlət televiziyasının qərargahını bombalamağa başlayıb.

    Bu hücumlarla paralel, İsrailin Baş naziri Benyamin Netanyahu sərt bəyanatlar verərək, ölkəsinin İranın nüvə obyektlərini sistematik şəkildə məhv etməyə davam edəcəyini bildirib. O, bu müharibənin uzun sürəcəyini və Yaxın Şərqin gələcəyini dəyişəcəyini vəd edib.

    Netanyahunun bu bəyanatları göstərir ki, İsrail üçün bu müharibənin məqsədi sadəcə İranı cəzalandırmaq və ya onu nüvə proqramı üzrə danışıqlara məcbur etmək deyil. Əksinə, məqsəd İranın bölgədəki silahlı qollarını zəiflədib, onun hərbi gücünü tamamilə aradan qaldırmaq və Yaxın Şərqdə yeni bir reallıq yaratmaqdır. Netanyahu bildirib: “İran raketləri İsrail üçün varlıq təhdididir və biz bu təhdidi aradan qaldıracağıq.” O, çoxlu sayda raket buraxılış məntəqəsinin vurulduğunu və İsrailin Tehranın hava məkanına nəzarət etdiyini, həmçinin İranın pilotsuz uçuş aparatlarının yarısını məhv etdiklərini deyib.

    İran isə İsrail hədəflərinə qarşılıq zərbələri endirməklə öz gücünü nümayiş etdirməyə çalışır. Lakin müharibənin uzanması və xüsusilə ballistik raket ehtiyatlarının tükənməsi təhlükəsi Tehranı ABŞ Prezidenti üzərində təsir göstərə biləcək Fars Körfəzi ölkələri vasitəsilə vasitəçiliyə cəlb etməyə sövq edib.

    İran hərbi cəhətdən Tel-Əviv və Hayfa kimi mühüm İsrail şəhərlərini hədəfə almağa çalışsa da, İsrailin mülki əhaliyə yönəlmiş hücumlarının miqyasının artacağından, nəticədə paytaxt Tehranda humanitar böhran yaranacağından ehtiyatlanır. Belə bir vəziyyət İran hakimiyyətini çətin duruma salır, çünki sakinləri qorumaq və sığınacaqlarla təmin etmək imkanları məhduddur. Hakimiyyət insanları məktəblərə və məscidlərə yönləndirsə də, bu yerlərin təhlükəsiz olmadığı da bilinir.

    İsrail ordusu İranlı mülki vətəndaşlara “təhlükəsizliyiniz naminə bəzi əraziləri tərk edin” çağırışı ilə mesajlar göndərib. Bu isə hava hücumlarının miqyasının daha da genişlənəcəyi ehtimalını artırır.

    İran rəsmiləri isə bu çağırışları “psixoloji müharibə” adlandıraraq vətəndaşları təşvişə düşməməyə çağırıblar. Buna baxmayaraq, dövlət televiziyası paytaxtdan çıxan yollarda tıxac görüntüləri yayımlayıb.

    Yerli media məlumat verir ki, İsrail paytaxt Tehranın şərqində sıx məskunlaşmış Tehranpars bölgəsinə, qərbdə isə Çitəgər və Şəhid Baqiri rayonlarına hava zərbələri endirib. Sosial mediada yayılan görüntülərdə bu bölgələrdə qalxan tüstü sütunları əks olunub.

    Minlərlə Tehran sakini evlərini tərk edir, yaxın günlərdə İsrailin hava hücumlarının daha da artacağından ehtiyat edərək ərzaq, qaz balonları və içməli su ehtiyatı yığır. Paytaxtdakı bir neçə mağaza sahibi bildirib ki, xüsusilə yaşlı insanlar dərman ehtiyatı toplayır və müharibə səbəbilə əsas tələbat mallarının qıtlığına dair narahatlıq keçirirlər.

    Hökumət isə xalqı ərzaq və dərman ehtiyatının yetərli olması ilə sakitləşdirməyə çalışır. Lakin mövcud qeyri-sabitlik və narazılığın küçələrə çıxacaq potensial müxalif hərəkat tərəfindən istismar ediləcəyi ehtimalı hakimiyyətin təzyiq altında qalmasına səbəb olur. Bu da Tehranı zəif görünmədən, ABŞ ilə sıx əlaqələri olan Körfəz ölkələrinin vasitəçiliyi ilə atəşkəsə nail olmaq üçün addımlar atmağa vadar edir.

    Kanadada keçirilən G7 sammitində çıxış edən ABŞ Prezidenti Donald Tramp bildirib ki, “iranlılar gərginliyin azaldılması üçün danışmaq istəyirlər”, yəni diplomatik əlaqələr quraraq böhranı azaltmağa çalışırlar.

    Bu cəhd özünü İran Prezidenti Məsud Pezeşkian ilə Oman Sultanı Heysəm bin Tariq arasında bazar ertəsi keçirilən telefon danışığında da göstərdi. Sultan Heysəm Yaxın Şərqdə vəziyyətin sabitləşməsi üçün dialoq və danışıqlara dönməyin vacibliyini vurğulayıb. O bildirib ki, Oman bu böhranın qarşısını almaq və ədalətli həll yolları tapmaq üçün bütün siyasi və diplomatik vasitələrlə fəal iştirak etməyə hazırdır.

    İran Prezidenti Pezeşkian isə Oman hökumətinin dialoqu təşviq edən və münaqişələrin dinc yolla həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib. O, İranın diplomatik yollarla həll tərəfdarı olduğunu təsdiqləyib.

    "Reuters" agentliyinə danışan iki iranlı və üç regional mənbəyə görə, Tehran Qətər, Səudiyyə Ərəbistanı və Oman vasitəsilə Trampa müraciət edərək, İsrailin dərhal atəşkəsə razı salınmasını istəyib. İran isə bu razılaşma müqabilində nüvə danışıqlarında daha elastik mövqe sərgiləməyə hazır olduğunu bildirib.

    Fars Körfəzi ölkələrinin liderləri və diplomatları həftəsonu boyunca intensiv telefon əlaqələri saxlayaraq həm ABŞ, həm Tehran, həm də bir-biri ilə təmasda olub. Məqsəd İsraillə İran arasında baş verən və indiyə qədərki ən genişmiqyaslı qarşıdurmanın böyüməsinin qarşısını almaqdır.

    Mənbələrdən biri bildirib ki, əgər atəşkəs əldə olunarsa, Tehran nüvə danışıqlarında çevik davranmağa hazırdır. Körfəzdəki diplomatik mənbə isə bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və Oman hamısı ABŞ-a müraciət edərək, İsraili atəşkəsə razı salmaq və Tehranla nüvə razılaşması üzrə danışıqları bərpa etmək üçün hərəkətə keçməyə çağırıblar.

    İranın xarici işlər naziri Abbas Əraqçi "X" (əvvəlki Twitter) platformasında yazıb: “Əgər Tramp diplomatiyada ciddidirsə və bu müharibəni dayandırmaq istəyirsə, qarşıdakı addımlar həlledici olacaq.”

    O əlavə edib: “İsrail öz təcavüzünü dayandırmalıdır. Əgər bu hərbi hücumlar tam şəkildə dayandırılmasa, bizim cavablarımız davam edəcək. Bütün məsələ Vaşinqtondan gələn bircə telefon zəngi ilə Netanyahunu dayandırmaqdan ibarətdir. Bu da diplomatiyaya dönüş yolunu aça bilər.”

    Donald Tramp isə dəfələrlə bildirib ki, əgər İran ABŞ-ın nüvə proqramına dair sərt tələblərini qəbul etsə, İsrailin hücumları tezliklə sona çata bilər.

    #İsrail #Benyamin Netanyahu #Səudiyyə Ərəbistanı #Qətər #Donald Tramp #Tehran #Oman #G7 sammiti #Məsud Pezeşkian #ballistik raket #İran raket proqramı #İran-İsrail geosiyasi mübarizəsi #İsrailin İran strategiyası #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #Tramp və Netanyahu münasibətləri #Netanyahu və təhlükəsizlik xidməti #Netanyahu siyasi böhran #Netanyahu və İsrail hökuməti #İsrail və İran arasında artan gərginlik #İran və İsrail qarşıdurması #raket partlayışı #Raket zərbəsi #İsrailə raket #ABŞ və İsrailin İran siyasəti #Tehran qum fırtınası riski #İran və İsrailin ortaq narahatlığı #Netanyahu yeni Yaxın Şərq planı #Tehran nüvə danışıqları #Netanyahu İran siyasəti #İran-İsrail qarşıdurması #Təl-Əviv Tehrana qarşı #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45
    XƏBƏR LENTİ

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.