Kanada hökuməti Kiyevə silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq. Söhbət bu ilin iyununda keçirilən “Yeddilər qrupu” (G7) sammitinin yekunları üzrə açıqlanmış yardım paketindən gedir. Hökumətin planına görə, 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, sursat, partlayıcı maddələr və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,5 milyon ABŞ dolları) isə NATO tərəfindən hazırlanmış Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq ABŞ istehsalı silahların alınmasına ayrılacaq.
#G7 sammiti
İranın nüvə obyektlərinə hücumdan əvvəl Tehran ABŞ prezidenti Donald Trampı ölkə daxilində “yatmış hüceyrə” terror şəbəkələrini aktivləşdirməklə hədələyib.
Trampın qərarının əsas səbəblərindən biri Fransa prezidenti Emmanuel Makrona qarşı yaranmış narazılıq, digəri isə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə maraq göstərməməsi olub.
Avstraliyanın Baş naziri Entoni Albanese Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı sahəsində danışıqlara başlamağa razılaşdığını açıqlayıb.
İtaliyanın baş naziri Meloni deyib ki, G7 ölkələri olaraq nüvə silahı ilə təchiz edilmiş İran ola bilməz və üzərində çalışdıqları məqsəd İranın nüvə gücünə çevrilməsinə mane olacaq danışıqlara nail olmaqdır.
Kremlin sözçüsü Dmitri Peskov İsrail və İran arasında artan gərginlik fonunda hər iki tərəfi maksimum təmkinə və sülhə çağırıb.
Netanyahunun bu bəyanatları göstərir ki, İsrail üçün bu müharibənin məqsədi sadəcə İranı cəzalandırmaq və ya onu nüvə proqramı üzrə danışıqlara məcbur etmək deyil
ABŞ-ın sabiq prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun G7 sammitini vaxtından əvvəl tərk etməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
ABŞ Prezidenti Donald Tramp G7 (Yeddilər Qrupu) sammiti çərçivəsində dünya liderləri ilə çoxsaylı şəxsi görüşlər keçirəcək, görüşlərin qrafiki hazırda dəqiqləşdirilir.