Bakı, VOA
Türkiyənin müdaifə səneyi şirkəti ASELSAN bu il 71 milyard Türk lirəsi dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb.
VOA xəbər verir ki, ilin əvvəlindən etibarən Borsa İstanbulda 72,3 milyard lirə dəyərində biznes sövdələşmələri bağlanıb ki, bunun 71 milyard lirəsi ASELSAN tərəfindən həyata keçirilib.
Belə ki, ASELSAN-ın yerli və xarici müştəriləri ilə imzaladığı yeni biznes sövdələşmələri, cari məzənnə ilə hesablandıqda 70 milyard 953 milyon 71 min 615 lirə təşkil edir.
ASELSAN-ın bu il KAP (Kamuyu Aydınlatma Platformu)-a açıqladığı 24 yeni biznes sövdələşmələri arasında, Türkiyə Milli Müdafiə Nazirliyi və Türk Silahlı Qüvvələri ilə bağladığı 556 milyon 500 min dollarlıq müqavilə bu il üçün ən yüksək qiyməti olan biznes sövdələşməsidir.
Qeyd edək ki, şirkət ötən il 73,6 milyard lirə gəlir əldə etmişdi.