Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Qətərdə helikopter qəzası: Türk mayoru və ASELSAN mühəndisləri şəhid olub

    22 Mart 2026 14:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətərdə helikopter qəzası: Türk mayoru və ASELSAN mühəndisləri şəhid olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Qətər sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində aralarında Türkiyə Silahlı Qüvvələrinin zabiti və ASELSAN şirkətinin mütəxəssislərinin də olduğu 6 nəfər şəhid olub.

    VOA xəbər verir ki, hadisə 21 mart axşam saatlarında Qətərin ərazi sularında baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi bəyanatına görə, Qətər-Türk Birləşmiş Müştərək Qüvvə Komandanlığı çərçivəsində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb.

    Qətər Müdafiə Nazirliyi qəza nəticəsində həyatını itirən şəxslərin kimliyini rəsmən təsdiq edib. Məlumata görə, qəzada Türkiyə-Qətər Müştərək Qüvvələrinin heyətində olan mayor Sinan Taştekin, həmçinin mülki əməkdaşlar — ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can şəhid olublar.

    Qətər tərəfindən isə kapitan Mubarak Salem Daway Al-Marri, çavuş Fahad Hadi Ghanem Al-khayarin və onbaşı Mohammed Maher Mohammed həlak olublar. Hazırda itkin düşmüş daha bir pilotun — kapitan Saeed Nasser Samekh-in axtarışları davam etdirilir.

    Türkiyə Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı dərin hüznlə başsağlığı verib və vurğulayıb ki, iki ölkə arasındakı hərbi əməkdaşlıq fəaliyyətləri mövcud planlar çərçivəsində kəsilmədən davam edir. Qəzanın dəqiq səbəbləri Qətər rəsmiləri tərəfindən aparılan araşdırmalardan sonra tam bəlli olacaq.

    ASELSAN şirkəti də öz əməkdaşlarının şəhid olması ilə bağlı bəyanat yayaraq, ailələrinə və türk millətinə səbr diləyib.

    #ASELSAN #Qətərdə helikopter qəzası: Türk mayoru və ASELSAN mühəndisləri şəhid olub #Katar'da Helikopter Kazası: Türk Subayı ve ASELSAN Ekibi Şehit Oldu #Military Helicopter Crash in Qatar: Turkish Officer and ASELSAN Staff Martyred #Крушение вертолета в Катаре: Погибли турецкий офицер и сотрудники ASELSAN #Qətər-Türk Müştərək Qüvvələri #hərbi helikopter qəzası #Sinan Taştekin #ASELSAN şəhidləri #Qətərdə düşən helikopterin səbəbi 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO-da tarixi razılaşmalar imzalandı - Türkiyə şirkətləri alyansın əsas müdafiə layihələrində yer alacaq

    7 İyul 2026 15:59

    Türkiyənin hərbi dənizçilikdə sistematik transformasiyası: MİLGEM proqramı

    28 İyun 2026 14:00

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    1 İyun 2026 11:07

    ASELSAN KORKUT sistemi ilə yeni texnoloji uğurlara imza atdı

    4 May 2026 10:52

    ASELSAN xarici asılılığı bitirir: Son 7 ildə 1 milyard dollar Türkiyədə qalıb

    3 May 2026 12:39

    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

    30 Aprel 2026 17:31

    ÇELİKKUBBE və süni intellekt sistemləri ASELSAN-ın gəlir artımında hərəkətverici qüvvə olub

    28 Aprel 2026 22:41

    NATO Baş katibi ASELSAN-da: Türkiyə müdafiə sənayesində “inqilab” edib

    22 Aprel 2026 13:57

    ASELSAN qlobal bazarlarda 38 milyard dollarlıq dəyərə çatıb

    9 Aprel 2026 17:11

    Türkiyənin hava məkanını qoruyacaq Çelik Kubbe layihəsində yeni mərhələ

    27 Mart 2026 14:38

    ASELSAN 166 milyon dollarlıq iki müdafiə müqaviləsi imzaladı

    16 Mart 2026 11:54

    Türkiyənin müdafiə sənayesindən öyrənəcəyimiz çox şey var - Belçika müdafiə naziri

    13 Mart 2026 11:03
    XƏBƏR LENTİ

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.