Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Livan, Suriya Sərhədində Gərginliyi Nəzarət Altına Almağa Çalışır

    17 Mart 2025 22:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan, Suriya Sərhədində Gərginliyi Nəzarət Altına Almağa Çalışır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Livan dövləti, Suriya sərhədində baş verən qarşıdurmaların gərginliyi artırmasından sonra vəziyyəti sabitləşdirmək üçün təcili tədbirlər görməyə başlayıb. Baş verən silahlı toqquşmalarda hər iki tərəfdən ölənlər olub.

    Livan Prezident Administrasiyasının verdiyi açıqlamada bildirilib ki, Prezident Cozef Aun, hazırda Brüsseldə "Suriya Gələcəyinə Dəstək" adlı Avropa İttifaqının təşkil etdiyi konfransa qatılan Xarici İşlər Naziri Yusuf Raci ilə əlaqə saxlayıb. Prezident ondan Suriyalı nümayəndə heyəti ilə əlaqə yaradaraq problemin ən qısa zamanda həll olunmasını, iki ölkənin suverenliyinin qorunmasını və vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasını təmin etməyi tələb edib.

    Prezident Aun sərhədin şərq və şimal-şərq bölgələrində baş verən hadisələrin davam etməsinin qəbuledilməz olduğunu bildirib. O, hadisələri gecə saatlarından etibarən yaxından izlədiyini, vəziyyətin hər an yenilənən hesabatlarını aldığını və ordunun silahlı hücumlara cavab verməsi üçün göstəriş verdiyini vurğulayıb.

    Sərhəd Təhlükəsizliyi və Hökumətin Yeni Addımları

    Livan hökumətinin yeni baş naziri Navaf Salam ilk dəfə baş nazir kimi kabinet iclasına sədrlik etdi. Daha əvvəl iclaslara Prezident Aun rəhbərlik edirdi. İclasda sərhədlərin qorunması və qaçaqmalçılığın qarşısının alınması üçün yeni tədbirlərin müzakirə edildiyi bildirildi.

    İnformasiya Naziri Pol Markusun açıqlamasına görə, iclasın əsas nəticələrindən biri sərhədlərin daha effektiv nəzarətə alınması üçün yeni nazirlər komitəsinin yaradılması olub. Bu komitəyə daxili işlər, müdafiə, maliyyə, nəqliyyat və ədliyyə nazirləri daxil edilib.

    Müdafiə Naziri Mişel Mənsinin məlumatına görə, son toqquşmalarda 3 suriyalı qaçaqmalçı öldürülüb və onların cəsədləri Qırmızı Xaç vasitəsilə Suriya hakimiyyətinə təhvil verilib.

    Baş nazir Navaf Salam, Suriya hakimiyyəti ilə daha effektiv koordinasiya tələb edərək vurğulayıb ki, Suriya tərəfində gözlənilməz silahlı hücumların qarşısının alınması üçün lazımi addımlar atılmalıdır. Salam bildirib ki, Livan ordusu Suriyadan açılan atəşə cavab vermək məcburiyyətində qalır və bu da gərginliyin artmasına səbəb olur.

    Salam əlavə edib ki, son insidentlər nəticəsində bir uşaq həlak olub, 6 nəfər yaralanıb və çox sayda mülki əhali evlərini tərk etməyə məcbur qalıb.

    Sərhədlərin Qorunması üçün Yeni Tədbirlər

    İnformasiya Naziri Markusun sözlərinə görə, Suriya ilə koordinasiya səviyyəsinin artırılması üçün müvafiq nazirlərə göstərişlər verilib.
    Nazirlər komitəsi sərhəd təhlükəsizliyi ilə bağlı bu əsas tədbirləri təklif edəcək:

    Sərhəddə nəzarətin gücləndirilməsi və Livan-Suriya arasında daha sıx əlaqələrin qurulması.
    Qaçaqmalçılığın qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi.
    Sərhəd bölgəsində hərbi mövcudluğun artırılması və lazımi müdafiə addımlarının atılması. Sərhəd pozuntularının araşdırılması və mümkün diplomatik həll yollarının tapılması.

    Hizbullah və Parlamentin Reaksiyası

    Hizbullahın parlament fraksiyasının üzvü, millət vəkili Əli Məqdə bildirib ki, Parlamentin sədri Nəbih Bərri, Livan ordusuna sərhədlərin əsas qoruyucusu olmaq üçün təlimat verdiyini bildirib.

    Məqdə, sərhəddə gərginliyin son 3 ayda davam etdiyini və son hücumun Livan torpaqlarına ciddi təsir etdiyini vurğulayıb.

    “Livan torpaqları və evləri birbaşa hədəfə alınıb. 14 yaşlı bir uşaq həlak olub, çox sayda mülki vətəndaş yaralanıb. Livanın şimal-şərq sərhədi boyunca 130 mindən çox insan Suriya torpaqlarından qaçqın kimi çıxarılıb”-deyə o bildirib.

    Məqdə bildirib ki, bu məsələyə uzunmüddətli həll tapılmalı və Livan torpaqlarından didərgin düşmüş insanların geri qayıtması təmin edilməlidir.

    #Livan və Suriya sərhədində qarşıdurmalar #Sərhəd gərginliyinin artması və ölənlər #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Suriya Gələcəyinə Dəstək konfransı və Livan nümayəndələri #Xarici İşlər Naziri Yusuf Raci və diplomatik danışıqlar #Livan ordusunun sərhəd müdafiə strategiyası #Baş nazir Navaf Salam və sərhəd təhlükəsizliyi iclası #Qaçaqmalçılığın qarşısının alınması üçün tədbirlər #Müdafiə Naziri Mişel Mənsin və sərhəd nəzarəti #Qırmızı Xaç vasitəsilə Suriyaya təhvil verilən qaçaqmalçılar #Livan-Suriya sərhədində qaçqın böhranı #Suriya tərəfdən Livana açılan atəşlər və mülki itkilər #Sərhəd təhlükəsizliyi üzrə yeni nazirlər komitəsi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Livan-Suriya münasibətlərində yeni mərhələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antalya Böyükşəhər Bələdiyyəsində korrupsiya əməliyyatı: Baş müşavir saxlanılıb

    30 Mart 2026 10:49

    Ölüm ya Olum – Hizbullahın son savaşı

    25 Mart 2026 09:11

    Dəməşq "Hizbullah"a qarşı: Suriya Livana müdaxilə etməyə hazırlaşır?

    10 Mart 2026 11:11

    Türkiyəyə böyük cinayətkar ekstradisiyası: 41 qaçaq saxlanılaraq gətirildi

    27 Fevral 2026 12:13

    Livan Prezidenti İsrail hücumlarının diplomatik səyləri hədəf aldığını bəyan edib

    21 Fevral 2026 14:26

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Tək tərəfli addımlar bölgədə barışı yox, gərginliyi artırır - Şimali Kipr

    28 Noyabr 2025 16:10
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.