Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Livan Prezidenti İsrail hücumlarının diplomatik səyləri hədəf aldığını bəyan edib

    21 Fevral 2026 14:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan Prezidenti İsrail hücumlarının diplomatik səyləri hədəf aldığını bəyan edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    Livan Prezidenti Cozef Aun İsrailin ölkəsinin müxtəlif bölgələrinə təşkil etdiyi hücumların diplomatik səyləri və sabitliyi hədəf aldığını bildirib.

    VOA xəbər verir ki, Livanın rəsmi NNA agentliyində Prezident Aunun İsrail hücumları ilə bağlı bəyanatı dərc olunub. Aun qeyd edib ki, İsrailin Livanın müxtəlif şəhərlərinə yönələn hücumları ölkəsinin qardaş və dost ölkələrlə, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə apardığı diplomatik təşəbbüsləri və sabitliyi bərpa etmək cəhdlərini boşa çıxarmağa yönəlmiş açıq düşmənçilik aktıdır.

    Livan Prezidenti bu hücumların ölkəsinin suverenliyinin növbəti dəfə pozulması və beynəlxalq öhdəliklərin açıq şəkildə tapdalanması olduğunu vurğulayıb. O, həmçinin bu hərəkətlərin beynəlxalq birliyin iradəsinə zidd bir mövqe mənasına gəldiyini diqqətə çatdırıb. Prezident tərəflərin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin bütün bəndlərinə tam şəkildə əməl etməli olduqlarını xatırladıb.

    Aun bölgədə sabitliyi dəstəkləyən ölkələrə çağırış edərək, hücumların dərhal dayandırılması və beynəlxalq qərarların icrası üçün məsuliyyət daşımalı olduqlarını ifadə edib.

    Xatırladaq ki, dünən İsrail hərbi təyyarələri Livanın şərqindəki Baalbek bölgəsinə bağlı Riyak kəndində bir binanı hədəf alıb. Hücum nəticəsində 10 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı açıqlanıb. Tamamilə dağılan binanın "Hizbullah"a yaxınlığı ilə bilinən bir maliyyə qurumunun yaxınlığında yerləşdiyi bildirilib. Həmin gün axşam saatlarında İsrail Livanın cənubundakı Sayda şəhəri yaxınlığında yerləşən eyn əl-Hilvə Fələstin qaçqın düşərgəsini də hədəf alıb; bu hücumda 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

    #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Cözef Aun və Hizbullah #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Jozef Aun – Livan Prezidenti #Prezident Aun Papanı rəsmən qarşıladı #Cozeph Aun: İlk görüşün nəticələri ümidvericidir #Cozef Aun: İsrail atəşkəsi pozur və geri çəkilməlidir #BMT nümayəndələri Livanda: Aun atəşkəsin icrasına çağırdı #Hizbullah Aunun silah çağırışından narazıdır #Aun ve Berri hattı Hizbullah için kritik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

    20 Avqust 2026 18:44

    Cozef Aun Livanın cənubunun yenidən qurulması üçün əsas şərti açıqlayıb

    19 Avqust 2026 17:17

    Livan prezidenti BMT qüvvələrinin ölkənin cənubunda qalmasını dəstəklədi

    17 Avqust 2026 18:09

    Cozef Aundan İsrailə sərt ittiham - Razılaşmanı dəfələrlə pozursunuz

    15 Avqust 2026 18:09

    Livan rəhbərliyi cənubdakı İsrail hücumlarını müzakirə edib

    13 Avqust 2026 18:19

    Livan Prezidenti ABŞ generalı ilə atəşkəs razılaşmasının icrasını müzakirə edib

    12 Avqust 2026 18:12

    İsrail Livan torpaqlarında qala bilməz - Cozef Aun

    11 Avqust 2026 19:19

    İsraillə razılaşmaya baxmayaraq vəziyyət gözləntiləri doğrultmur - Livan naziri

    3 Avqust 2026 18:46

    Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

    31 İyul 2026 21:08

    Xalqımız İsraillə müharibədə ağır bədəl ödəyib - Cozef Aun

    30 İyul 2026 21:01

    Livan Prezidenti BƏƏ-yə dəstəyə görə təşəkkür edib

    27 İyul 2026 19:49

    Livan Prezidenti İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib

    27 İyul 2026 18:42
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.