Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    “Hizbullah”ın baş katibi şeyx Nəim Qasim Livandakı hakimiyyət strukturlarına sərt tənqid yönəldərək onları “İsrail naminə işləməkdə” ittiham edib və ölkənin “tarixi dönüş nöqtəsi” qarşısında olduğunu bildirib. Qasim “silahın yalnız dövlətin əlində olması” planını “İsrail–ABŞ layihəsi” kimi xarakterizə edib.

    Qasimın çıxışı Livan ordusunun Litani çayının cənubunda həyata keçirdiyi planın davam etdiyi, gələn il isə Litani çayının şimalına keçməyin nəzərdə tutulduğu bir vaxta təsadüf edir.

    Baalbəkdə “Hizbullah”ın sabiq deputat Məhəmməd Həsən Yaqinin vəfatının ildönümü mərasimində danışan Qasim deyib ki, “Livan bu gün fırtınanın və qeyri-sabitliyin mərkəzindədir və bunun səbəbi ABŞ və İsraildir”, həmçinin “2024-cü il razılaşmasına baxmayaraq İsrailin Livana qarşı təcavüzü dayanmayıb”.

    O vurğulayıb ki, “Hizbullah və müqavimət Livanı təkcə cənubu deyil, bütövlükdə azad edib”, bunu müxtəlif fraksiyalarla əməkdaşlıq, Livan ordusunun və xalqın dəstəyi ilə həyata keçirib. Qasimın sözlərinə görə, “Hizbullah”ın parlament və hökumət fəaliyyətində “əli təmiz” mövqe seçilib, partiya “Livan dövlətinin qurulmasına töhfə verib” və “dövlətin quruculuğunda iştirak edərkən özünü müdafiə etmək hüququ var”.

    Qasim mövcud vəziyyətin təhlükəsinə diqqət çəkərək bildirib: “Bu gün tarixi dönüş nöqtəsindəyik: ya ABŞ və İsrailin istədiyini, yani Livana tam nəzarəti verəcəyik, ya da milli şəkildə ayağa qalxıb suverenliyimizi və torpağımızı geri alacaq, vətənimizi və dövlətimizi quracağıq”.

    O, “silahsızlaşdırma”nın, adının bu mərhələdə “silahın yalnız dövlətin əlində olması” kimi təqdim edilsə də, “İsrail–ABŞ layihəsi” olduğunu deyib.

    Qasim hakimiyyət nümayəndələrinə müraciətlə bildirib: “İsrail hücum etdiyi bir vaxtda siz ‘silahın yalnız dövlətin əlində olmasını’ tələb edirsinizsə, bu o deməkdir ki, Livan üçün deyil, İsrail üçün işləyirsiniz”.

    Onun fikrincə, “silahsızlaşdırma” Livanın hərbi gücünün sıradan çıxarılması, livanlıların “cəmiyyətin çəkisi olan” bir qisminin gücünün sındırılması, həmçinin “Hizbullah”ın müttəfiqi “Hərəkat Əməl”lə ixtilaf toxumu səpmək planının tərkib hissəsidir. Qasim bunu həm də “müqavimət ilə xalq arasında fitnə yaratmaq”, işğalın “5 nöqtədə” qalması və “işğalın cəzasız şəkildə öldürməyə davam etməsi” riski kimi təqdim edib.

    Atəşkəs razılaşmasına toxunan Qasim deyib: “Razılaşmadan bir ildən çox vaxt keçir. Livan tərəfi addımlar atdı, amma İsrail nə dayandı, nə də geri addım atdı. Livan hökuməti əlavə güzəştlər etdi, İsrail isə heç nə vermədi”.

    O əlavə edib ki, müqavimət və Livan dövləti razılaşmanın məzmununa riayət edib, Livan ordusu vasitəsilə öhdəliklər yerinə yetirilib, “İsrail isə Livana təhlükəsizlik müdaxilələrini davam etdirib”. Qasim son olaraq “Zəhlə bölgəsində zabit Əhməd Şükrün oğurlanması” hadisəsini xatırladaraq “dövlət haradadır?” sualını verib.

    Qeyd olunur ki, Şükrün ötən həftə oğurlandığı açıqlanıb, taleyi hələ bilinmir və ilkin istintaq məlumatlarına əsasən prosesdə İsrailin izi ola biləcəyi ehtimalı irəli sürülür.

    Cənubda Litani bölgəsində ordunun yerləşdirilməsi barədə danışan Qasim bildirib ki, Livan ordusunun bu müddətdə cənub Litaniyə yerləşməsi İsrail hücumu dayandırıb geri çəkilsə və bərpa prosesi başlasa, tələb olunan bir addım idi. Bununla belə, “Hizbullah”ın bu prosesə “asanlıq yaratdığını”, ordunun da üzərinə düşəni etdiyini deyib.

    Qasimın sözlərinə görə, “düşmən razılaşma çərçivəsində heç bir addım atmayıbsa, İsrail öz öhdəliklərini tam yerinə yetirənədək Livandan əlavə heç bir tədbir tələb olunmamalıdır”. O, dövlətin və ya başqa tərəflərin “düşmənə əlavə tədbirləri hədiyyə etməsini” “məsuliyyətsiz, təhlükəli və böyük milli maraqları təhdid edən güzəşt” adlandırıb.

    Qasim hakimiyyətə çağırış edərək “bizdən daha heç nə istəməyin” deyib və tələb kimi bunları sadalayıb: hava, quru və dənizdən hücumların dayanması; tam geri çəkilmə; bütün əsirlərin azad edilməsi; bərpa prosesinə cənubdan başlanması və kəndlərin geri qaytarılması. Onun fikrincə, razılaşmanın tətbiqi məhz budur.

    O, həmçinin xəbərdarlıq edib: “Əgər Cənub Livan əldən gedərsə, düşmən Livanı da işğal edəcək”.

    “İsrail razılaşmanı icra edib pozuntuları dayandırdıqdan sonra “Livanın maraqlarına uyğun milli təhlükəsizlik strategiyası” müzakirə oluna bilər.”-deyə Qasim bildirib.

    Qasim İsrailə xitabən “ən sürətli atlarınıza minin, vəhşiliyinizi və cinayətinizi işlədin — geri çəkilməyəcəyik, təslim olmayacağıq” deyib.

    Digər tərəfdən, o, “Hizbullah”la “Hərəkat Əməl” arasındakı münasibətlərin “güclü və möhkəm” olduğunu yenidən vurğulayaraq “bir əl olaraq qalacağıq” ifadəsini işlədib.

    Bu arada “silahın yalnız dövlətin əlində olması” planının icrası çərçivəsində Livan ordusu “mexanizm” komitəsi ilə koordinasiya əsasında müharibə nəticəsində dağıdılmış Bint Cübeyl şəhərində 4 evi yoxlayıb. “Livan Milli Xəbər Agentliyi”nin məlumatına görə, ordu daha əvvəl də “evlərin əksəriyyətinə baxış keçirib”.

    Eyni zamanda İsrailin cənub Livanda hücumları davam edib. Bazar günü səhər Kəfərşuba qəsəbəsi Roisət əl-Ələm və əs-Səmməqa mövqelərindən ağır avtomat atəşinə məruz qalıb. Nəticədə bir neçə evə ziyan dəyib, bir ailə evinin şüşələri sınısa da, “möcüzə nəticəsində xəsarət almadan” xilas olub.

    #Hizbullah #Naim Qasim #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #Hizbullahın Livandakı rolu #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Hizbullah silahın həsriyyəti planını tənqid etdi: Bu #İsrailə xidmət edir #Nəim Qasım: Livan tarixi dönüm nöqtəsi qarşısındadır #Livanda silahın yalnız dövlətin əlində olması planı üzrə gərginlik artır #Hizbullah hakimiyyəti hədəfə aldı: İsrail naminə işləyirlər iddiası #Litani xəttində ordu planı genişlənir #silah mübahisəsi kəskinləşir #Hizbullah atəşkəs razılaşması fonunda pulsuz güzəştlərdən danışdı #Cənubi Livanda təhlükəsizlik riskləri: Kəfərşubada atəş #evlərə ziyan #Hizbullah–Əməl xətti: Qasım birlik mesajı verdi #Hizbullah Livan silahın həsriyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlətdən kənar silahlı qüvvələrə yer yoxdur - Yusif Rəcci

    16 İyul 2026 17:07

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    14 İyul 2026 22:40

    ABŞ İranın hərbi imkanlarının böyük hissəsini məhv edib - Tramp

    14 İyul 2026 22:31

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    14 İyul 2026 20:04

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    14 İyul 2026 19:28

    İsrail payızda seçkilərə gedir: Netanyahunun aqibəti necə olacaq?

    13 İyul 2026 15:00

    İsrail ordusu Livanda "Hizbullah" üzvlərinə zərbə endirdiyini açıqlayıb

    11 İyul 2026 21:34

    Nəbatiyədəki hücumların hədəfi nə olub?

    10 İyul 2026 19:19

    Danışıqlar yalnız Livan dövlətinin qərarı ilə aparılmalıdır - Livan XİN

    9 İyul 2026 18:11

    Livanda atəşkəs razılaşmasının icrası hələ də mümkün olmayıb

    6 İyul 2026 19:33

    İranla bağlı yeni təhlükəsizlik iddiası gündəmə gəldi

    6 İyul 2026 19:15
    XƏBƏR LENTİ

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    İranla bağlı gərginlik neftin bahalaşmasına səbəb olub

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    ABŞ rəhbərliyində İran məsələsində fərqli mövqelər formalaşıb

    İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirdiyi bildirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.