İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya və rüşvət araşdırması çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları gecə saatlarında həyata keçirdikləri basqın zamanı bələdiyyə sədri Muhittin Böcəyin baş müşaviri Cem Oğuz və bələdiyyə əməkdaşı Buse K.-nı evlərində saxlayıblar.
#Qaçaqmalçılığın qarşısının alınması üçün tədbirlər
Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq səviyyədə axtarışda olan və xarici ölkələrə qaçan cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Ədliyyə Nazirliyi rəsmi şəxsləri ilə yanaşı, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Kəşfiyyat, Narkotik, Kiber Cinayətlər, Asayiş və Terrorla Mübarizə bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində ümumilikdə 41 fərari saxlanılaraq ölkəyə gətirilib. Bildirilib ki, onlardan 23-ü İnterpolun qırmızı bülleteni ilə, 18-i isə milli səviyyədə axtarışda olub.
Türkiyənin 81 şəhərində miqrant qaçaqmalçıları və qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlar nəticəsində 52 nəfər qaçaqmalçılıq təşkilatçısı ilə yanaşı 666 qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.