Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.

    “Əş-Şəraa ilə gələcək münasibətlər Cənub-Qərbi Suriyada silahsız zona yaradılması sahəsində əməkdaşlıq əsasında müəyyən ediləcək. Əgər Cənub-Qərbi Suriyada silahsız zona reallaşarsa və oradakı druzlara davamlı qorunma təmin olunarsa, biz (Şəraa ilə münasibətlərdə) irəli gedə bilərik”.- Netanyahu “Times of Israel” qəzetinə müsahibəsində deyib.

    İsrail “druzların qorunması” bəhanəsi ilə Suriyaya qarşı ara-sıra hava zərbələri və quru toqquşmaları həyata keçirir. Halbuki Suriya hökuməti dəfələrlə vurğulayıb ki, druzlar Suriya cəmiyyətinin ayrılmaz hissəsidir və digər vətəndaşlar kimi bütün hüquqlara malikdirlər.

    “Əş-Şəraa barəsində mövqeyimə gəldikdə, mən kağız üzərində deyil, faktiki olaraq nələrin baş verdiyinə, nələrin həqiqətən əldə olunduğuna baxacağam” – deyə o bildirib və qeyd edib ki, Şəraanı “real vəziyyətə sasən” qiymətləndirəcək.

    ABŞ administrasiyası hazırda Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişi üzərində işləyir. ABŞ Prezidenti Donald Tramp isə Suriyanı da “İbrahim sazişləri” çərçivəsinə daxil etmək niyyətindədir.

    Suriya xarici işlər naziri Əsəd əş-Şeybani Londonda, “Chatham House” institutunda keçirdiyi panel müzakirəsində (Suriya Xarici İşlər Nazirliyinin Media İdarəsinin əvvəlki bəyanatına görə, o, rəsmi, müddətsiz səfərlə Böyük Britaniyada rəsmi görüşlər aparır) deyib ki, “İsrail hazırda Suriyada mənfi rol oynayır və baş verən dəyişikliyə razı deyil. O, Suriyanın ərazisindəki pozuntularını davam etdirir, lakin biz təxribatlara uymadıq və cavabı diplomatiya vasitəsilə verməyə çalışdıq”.

    “Biz heç bir vasitəçi müharibənin tərəfi olmaq istəmirik. Sakitlik istəyirik, daxilə fokuslanmaq istəyirik, regional qarşıdurmalara girməməyə çalışırıq. İsraillə gərginliyi artırmamaq, onun ‘təhdid’ iddialarını boşa çıxarmaq üçün səy göstəririk”.- deyə nazir əlavə edib.

    Əş-Şeybani vurğulayıb ki, “Suriyanın yenidən qurulması üzərində işləyir və İsraillə mümkün istənilən razılaşmaya da bu prizmadan baxılır”.

    Bu kontekstdə, Əhməd əş-Şəraa Vaşinqtona səfərinin sonunda “Washington Post” qəzetinə verdiyi müsahibədə Netanyahunun tələb etdiyi kimi, Dəməşqin cənubunda silahsız zona yaradılmasına Suriyanın razı olub-olmayacağı sualına cavab verib.

    “Bütöv bir bölgənin silahsızlaşdırılması barədə danışmaq çətin məsələdir. Çünki əgər orada hər hansı xaos və ya nizamsızlıq yaranarsa, bölgənin təhlükəsizliyini kim təmin edəcək? Əgər bu silahsız zona bəzi tərəflər tərəfindən İsrailə qarşı hücum platforması kimi istifadə olunarsa, buna görə kim məsuliyyət daşıyacaq? Bu ərazilər Suriyaya məxsusdur və Suriya öz torpaqlarında sərbəst qərar vermək azadlığına malikdir. İsrail Colanı guya İsraili qorumaq üçün işğal etdiyini iddia edirdi. İndi isə Colanın ‘müdafiəsi’ naminə Suriyanın cənubuna yeni şərtlər diktə etməyə cəhd göstərir”- deyə XİN rəsmisi bildirib.

    2024-cü ilin sonlarında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyaya qarşı hücumları daha da artıb. Dəməşq qoşunların ayrılması barədə 1974-cü il sazişinə sadiq qaldığını bildirsə də, Təl-Əviv bu razılaşmanın “dağıldığını” elan edib.

    Suriya hökuməti İsrail üçün birbaşa təhlükə yaratmadığını vurğulasa da, İsrail ordusu Əsədin devrilməsindən sonra Suriyada yüzlərlə hava zərbəsi həyata keçirib, dinc sakinləri öldürüb, Suriya ordusuna məxsus obyektləri, texnikanı, silah və sursat anbarlarını məhv edib.

    İsrail 5 iyun 1967-ci il müharibəsindən bəri Suriya Colan təpələrini işğal altında saxlayır. Hazırda ABŞ vasitəçiliyi ilə Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişinə dair danışıqlar davam edir.

    #AzerVoice #Təhlil #Colan Təpələri #Əhməd Əl-Şaraa #İsrailin Suriya siyasəti #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #İsrailin Colan təpələrindəki hərbi varlığı beynəlxalq hüquqa uyğundurmu? #ABŞ vasitəçiliyi #Colan yüksəkliklərində İsrail fəaliyyəti #Colan təpələri münaqişəsi #Colan təpələri İsrail işğalı #Əhməd əş-Şəraa #VOA Analitik Təhlil Mərkəzi #İsrail–Suriya gərginliyi #Cənub-Qərb Suriya böhranı #Druz icmasının təhlükəsizliyi #Netanyahu şərtləri #Əhməd əş-Şəraa açıqlamaları #Suriya diplomatiyası #Təl-Əviv hücumları #1974-cü il qüvvələrin ayrılması sazişi #Suriya–İsrail danışıqları #Golan yüksəklikləri məsələsi #Suriya xarici siyasəti #Netanyahunun Əhməd əş-Şəraa ilə əməkdaşlıq üçün silahsız zona şərti #İsrailin Druz icmasına dair iddiaları və Suriyanın mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin hücum etdiyi hava limanının peyk görüntükəri yayımlanıb

    20 Avqust 2026 15:38

    Süveyda tələbələrinə xüsusi imtahan şansı verildi

    19 Avqust 2026 15:11

    Suriya prezidentinin atası İsrailin iddialarına reaksiya verib

    19 Avqust 2026 13:54

    Küveyt Kolumbiyanın işğal altındakı Colan təpələri ilə bağlı qərarını pisləyib

    12 Avqust 2026 18:05

    Suriya Kolumbiyanın işğal altındakı Colan təpələri ilə bağlı qərarını pisləyib

    11 Avqust 2026 19:38

    Suriyanın Deyr əz-Zor vilayətində yeni tibbi layihələr istifadəyə verilib

    11 Avqust 2026 14:34

    Kolumbiya Beynəlxalq hüququ pozaraq İsrailin Colan təpələri üzərində suverenliyini tanıdı

    11 Avqust 2026 14:05

    İsrail ordusu Livana qanunsuz keçən məskunlaşmaçı fəalları geri qaytardığını açıqlayıb

    6 Avqust 2026 17:19

    Yeni Suriya İsrail, Livan və İraqa necə yanaşır?

    29 İyul 2026 09:00

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    25 İyul 2026 18:36

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    25 İyul 2026 11:43
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.