ABŞ Prezidenti Donald Tramp Suriyanın terrorçuluğa dəstək verən dövlətlər siyahısından çıxarıla biləcəyini bildirib. O, bu açıqlamanı Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüş zamanı səsləndirib. Vaşinqton daha əvvəl də Suriyanın bu statusuna yenidən baxıldığını açıqlamışdı. Mövcud status ABŞ tərəfindən maliyyə yardımı, müdafiə sahəsində ixrac və maliyyə əməliyyatlarına müxtəlif məhdudiyyətlər tətbiq edilməsini nəzərdə tutur. Donald Tramp ötən ay Suriyaya qarşı sanksiyalar proqramını dayandıran sərəncam da imzalayıb. Bu addım Suriyanın beynəlxalq maliyyə sisteminə inteqrasiyasını sürətləndirməyə hesablanıb. Eyni zamanda, qərarın ölkənin müharibədən sonrakı bərpa prosesinə dəstək verəcəyi bildirilir.
#Əhməd Əl-Şaraa
ABŞ Prezidenti Donald Tramp İsrail qoşunlarının Livanın cənubundan çıxacağını düşündüyünü bildirib. O, bu açıqlamanı Ankarada Suriyanın Prezidenti Əhməd əl-Şaraa ilə görüşü zamanı verib. Tramp İsrail qüvvələrinin bölgəni tərk etmək istədiyini hesab etdiyini söyləyib. Bununla belə, ABŞ Prezidenti qoşunların çıxarılması üçün hər hansı vaxt göstərməyib. O, məsələ ilə bağlı əlavə təfərrüat da açıqlamayıb. Trampın sözləri İsrailin Livanın cənubundakı hərbi mövcudluğu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. Açıqlama bölgədə təhlükəsizlik vəziyyəti və gələcək siyasi addımlarla bağlı sualları artırıb.
Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şaraanın Hizbullah məsələsində rol oynaya biləcəyini bildirib. O, İsrailin əməliyyatlarının mülki itkilərə səbəb olduğunu deyib. Tramp Şaraanı sərt və təsirli lider kimi qiymətləndirib. Onun fikrincə, Suriya bu məsələdə alternativ rol oynaya bilər. Bu açıqlama Yaxın Şərqdə diplomatik müzakirələrə səbəb olub.
Avropa İttifaqı Suriya ilə iqtisadi və ticarət münasibətlərinin geniş şəkildə bərpası barədə qərar qəbul edib. Avropa Şurasının qəbul etdiyi qərara əsasən, Avropa İqtisadi Birliyi ilə Suriya Ərəb Respublikası arasında əməkdaşlıq sazişinin qismən dayandırılması ləğv olunub və bununla da tərəflər arasında daha geniş ticarət əlaqələrinin bərpasına start verilib.
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani çərşənbə günü Dohada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə regional və beynəlxalq proseslərin müzakirə edildiyi rəsmi görüş keçirib. Şeyx Təmim bu səfərin iki ölkə arasında müxtəlif sektorlar üzrə əməkdaşlığı gücləndirəcəyinə və əlaqələri daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.
Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyənin ev sahibliyi etdiyi Antalya Diplomatiya Forumu çərçivəsində verdiyi geniş müsahibədə ölkəsinin 14 illik daxili müharibədən sonra yeni dövrə qədəm qoyduğunu elan edib. VOA xəbər verir ki, o İsrail ilə təhlükəsizlik müzakirələrindən tutmuş, Türkiyə ilə strateji tərəfdaşlığa və regional enerji layihələrinə qədər mühüm strateji mesajlar verib.
ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?
Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əl-Şara "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə bütün cəbhələrdə atəşkəsi əhatə edən razılaşmanı təsdiqləyib. Bu barədə "Sуria TV" televiziya kanalı xəbər verib. Məlumata əsasən, yeni razılaşmalara əsasən, kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri"nin (SDF) bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək.
Suriya Prezidenti Əhməd əş-Şara gələn həftənin çərşənbə akşamı rəsmi danışıqlar aparmaq üçün Berlinə yollanacaq. Almaniya Prezidentinin Ofisi suriyalı liderin həmkarı Frank-Valter Ştaynmaer ilə görüşəcəyini təsdiqləyib. Almaniya hökuməti bu səfər çərçivəsində suriyalı qaçqınların geri qaytarılması prosesini sürətləndirməyi planlaşdırır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi koalisiya hökuməti üçün bu məsələ hazırda əsas prioritetlərdən biri hesab olunur. Qeyd edək ki, Almaniyada təxminən bir milyona yaxın suriyalı qaçqın yaşayır və kansler Mers artıq mühacirlərin sığınacaq axtarması üçün heç bir səbəbin qalmadığını bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.
ABŞ-yə səfəri çərçivəsində “Fox TV”nin proqramına qatılan Suriya Prezidenti Əhməd Şara, 11 sentyabr terror hücumları ilə bağlı ona ünvanlanan suala cavab verib.
ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. Trend-in məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki liderin görüşünün yerli vaxtla saat 19:00-da başladığı və görüşün mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.