İsrail qüvvələri Suriyanın cənubunda hərbi əməliyyatlarını davam etdirərək ölkənin Quneytra əyalətinə növbəti dəfə daxil olub. İsrail ordusuna məxsus 12 zirehli texnikadan ibarət hərbi karvan bazar ertəsi Quneytranın cənubunda yerləşən Səida əl-Hənut kəndinə daxil olaraq reyd həyata keçirib. Məlumata görə, İsrail hərbçiləri kənddə bir sıra yaşayış evlərini yoxlayıb, yerli əhaliyə ərzaq paylamağa cəhd göstərsələr də, sakinlər bu təklifi qəbul etməyiblər.
#İsrail–Suriya gərginliyi
İsrail ordusu, Suriyanın Kuneytra əyalətində, Sayda əl-Hanut kəndinin qərb hissəsində hərəkətlərini davam etdirib.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.