#İsrail və Colan təpələri

İsrail ilə onun ərəb qonşuları arasında baş verən Altıgünlük müharibə Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişi sayəsində başa çatdı. Sayca azlıqda olmasına baxmayaraq, İsrail Müdafiə Qüvvələri bu qısamüddətli müharibədə sürətli qələbə qazanaraq ərəb koalisiyasını darmadağın etdi və işğal etdikləri torpaqların sahəsini iki dəfədən çox artırdı. Bu hərbi zəfərin ən mühüm bəhrəsi Qüdsün Qədim Şəhər hissəsinin İordaniyadan qopardılması oldu; həmin an minlərlə yəhudi İkinci Məbədin qalıqları sayılan Qərb divarında (Ağlama divarında) dualar edərək göz yaşları tökdü.

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

ABŞ senatorları Jeanne Shaheen, Joni Ernst və Nümayəndələr Palatasının üzvü Joe Wilson İsrailin Suriyadakı son hərbi əməliyyatlarını pisləyən birgə bəyanat dərc edib. Bəyanatda qeyd olunub ki, Suriya 14 ildən çox davam edən münaqişələrdən sonra sabitliyə və irəliləyişə ehtiyac duyur, lakin İsrailin hücumları bu məqsədə çatmağı çətinləşdirir. Konqresmenlər, xüsusilə avqustun 27-də Dəməşq çölündəki Qusvah bölgəsində 6 Suriya əsgərinin həlak olması ilə nəticələnən pilotsuz təyyarə zərbələrini və Mani dağına endirilən hava hücumlarını tənqid ediblər.

Katz X platformasında bu barədə paylaşım edib. “7 oktyabr hadisələri göstərir ki, İsrail Müdafiə Qüvvələri Qolan və Qalileyanı qorumaq üçün Hermon dağında qalmalıdır,” - deyə bildirib. Suriya Xarici İşlər Nazirliyi isə İsrailin Təl-Bat əl-Vardı təpəsinə 60 əsgər və 11 maşın yerləşdirməsini “suverenliyin pozulması” kimi pisləyib. Dəməşq bu təcavüzün regional sabitliyi təhdid etdiyini vurğulayıb. X platformasında yayılan fikirlər, İsrailin Suriya ərazilərini ilhaq siyasətinin “Vəd edilmiş Torpaq” ideologiyasına xidmət etdiyini iddia edir.

Suriya dövlətinə məxsus Əl-İxbariyyə telekanalının məlumatına görə, İsrail qüvvələri çərşənbə günü Quneytra çölündə yerləşən Səmdaniyyə əl-Qərbiyyə kəndinə yaxınlaşaraq Rəsm ər-Ravadi bölgəsinə doğru irəliləyib. ​Bu ərazi işğal altındakı Colan təpələrinə bitişik döyüş zonası kimi tanınır. Məlumata əsasən, İsrail ordusu son üç ayda Suriyanın cənubunda altı yeni hərbi baza inşa edib. Yalnız avqust ayında Quneytra əyalətinə beş ayrı hücum həyata keçirilib, onlardan sonuncusu çərşənbə axşamı baş verib və nəticədə bir nəfər həlak olub. İsrail tərəfi bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.

İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.