Kanada hökuməti Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlayıb. Kanada Xarici İşlər Nazirliyi eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının da “terror təşkilatı” statusundan çıxarıldığını bildirib. HTŞ Əsədi devirməkdə mühüm rol oynamış koalisiyaya liderlik edən qurum idi.
#Suriya diplomatiyası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTTŞ) heyəti 14 ildən sonra ilk dəfə olaraq Suriyaya rəsmi səfər edib. Suriya Prezidenti Əhməd Əş-Şəraa, Təhlükəsizlik Şurasının üzvləri olan Çin, ABŞ, Rusiya, Böyük Britaniya və Fransanın da daxil olduğu 15 ölkənin nümayəndələrindən ibarət heyəti paytaxt Dəməşqdəki Xalq Sarayında qəbul edib. Təhlükəsizlik Şurasının heyəti 14 ildən sonra ilk dəfə kollektiv şəkildə Suriyaya səfər edərkən, Prezident Şəraaya səfər zamanı Xarici İşlər naziri Əsəd Həsən Şeybani və bəzi kabinet üzvləri də müşayiət edib.
Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən “Aralıq dənizi üçün Birlik” 10-cu Regional Forumunda yenidən iştirak edib. Suriya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkə uzun fasilədən sonra tam üzvlüyünün bərpası ilə forum çərçivəsində keçirilən nazirlər toplantısına qatılıb. Nazirlik bu iştirakın Suriyanın regional dialoqdakı rolunun bərpası, həmçinin bölgədə genişmiqyaslı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayaraq, bununla bağlı məmnunluğunu ifadə edib.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.