#Əhməd əş-Şəraa

Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyərək ölkədə beynəlxalq kart sisteminin fəaliyyətinin bərpa olunduğunu simvolik şəkildə nümayiş etdirib. Hadisə uzun illər beynəlxalq sanksiyalar altında qalan Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım kimi təqdim olunur.

Suriyanın Prezidenti Əhməd əş-Şəraa Süveyda vilayətinin şagirdlərinə əsas və orta təhsil üzrə buraxılış imtahanlarında iştirak üçün xüsusi sessiyanın keçirilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 2026-cı il imtahanlarında iştirak etməyən və ya bütün fənlər üzrə imtahan verə bilməyən, tələb olunan şərtlərə cavab verən şagirdlər xüsusi sessiyada iştirak edə biləcək.

BAKI, AzerVoice — Suriya hökuməti Deyr əz-Zor vilayətində səhiyyə xidmətlərinin genişləndirilməsi məqsədilə bir sıra yeni tibbi layihələri istifadəyə verib. Layihələr arasında onkoloji xəstəxananın təməlqoyma mərasimi, ürək kateterizasiyası şöbəsinin və böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün dializ bölmələrinin açılması, həmçinin yeni doğulmuşlar üçün intensiv terapiya bölməsinin yaradılması var.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş şənbə günü Suriyaya səfər edəcək. Bu, 2011-ci ildə başlayan və yüz minlərlə insanın ölümünə, milyonlarla insanın isə məcburi köçkünə çevrilməsinə səbəb olan müharibədən sonra vəzifədə olan BMT başçısının ölkəyə ilk səfəri olacaq. Səfər 2024-cü ilin sonunda üsyançı qüvvələrin keçmiş prezident Bəşşar Əsədi hakimiyyətdən göndərməsindən sonra Suriyanın beynəlxalq arenaya qayıdışı istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilir.

Fransa Körfəz neftinin daşınması üçün Hörmüz boğazına alternativ marşrut kimi Suriyanın imkanlarını araşdırır. Xarici işlər naziri Jan-Noel Barro enerji təhlükəsizliyinin təmin olunması üçün müxtəlif nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, məqsəd qlobal bazarların hər hansı bir marşrutdakı məhdudiyyətlərdən asılılığını azaltmaqdır. Fransa rəhbərliyi Hörmüz boğazındakı gərginlik fonunda alternativ enerji yollarının hazırlanmasını prioritet hesab edir. Prezident Emmanuel Makronun Suriyaya son səfəri də iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirəsi ilə yadda qalıb.

Amerika Birləşmiş Ştatları onilliklər ərzində Suriyaya tətbiq edilən və ölkəyə beynəlxalq investisiya axınının qarşısını ciddi şəkildə kəsən "terrorizmə dəstək verən dövlətlər" statusunu rəsmən ləğv edəcəyini açıqlayıb. ABŞ Dövlət katibi Marko Rubio çoxdandır gözlənilən bu qərar barədə Konqresi rəsmən məlumatlandırıb. Konqres üzvləri tərəfindən hər hansı bir maneə yaradılmayacağı təqdirdə qərar 45 gün ərzində hüquqi qüvvəyə minəcək. Dövlət katibi qeyd edib ki, sanksiyaların ləğvi Suriyanın qlobal ticarət və investisiya imkanlarını genişləndirəcək, ölkənin yenidən qurulmasına şərait yaradacaq və Suriya xalqı üçün yeni bir səhifə açacaq.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa ölkəsinin ərazi bütövlüyünə sadiq olduqlarını bəyan edib. O bildirib ki, Suriya xarici qüvvələrin maraqlarının həyata keçirildiyi məkan deyil. Əş-Şəraa İsrailin ölkənin cənubuna endirdiyi zərbələri pisləyib. Bu arada Colan təpələri yaxınlığında yaşayan sakinlərin bir hissəsi evlərini tərk etmək məcburiyyətində qalıb. Suriyanın Xarici İşlər Nazirliyi İsrailin hərbi əməliyyatlarını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Dəməşq ərazi bütövlüyünün və sabitliyin qorunmasının əsas prioritet olduğunu bildirib. Bölgədə gərginlik davam edir.

Livan Suriya Prezidentinin hərbi müdaxilədən imtina mövqeyini alqışlayıb. Baş nazir Nəvaf Salam bu mövqeni “qardaşcasına və açıq” adlandırıb. Tərəflər regiondakı sürətli dəyişiklikləri müzakirə ediblər. Suriya Prezidenti diplomatik həll yolunu seçdiyini bildirib. ABŞ Prezidenti Donald Trampın açıqlamaları fonunda regionda gərginlik artıb. Livan diplomatik yanaşmanı dəstəkləyir. Münasibətlərin yumşalması ehtimalı gündəmdədir.

Suriya Xarici İşlər Nazirliyi nazirliyin məlumat sistemlərinə qarşı həyata keçirilən kiberhücum nəticəsində həssas məlumatların internetdə yayılması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, hadisənin mənbəyini, həyata keçirilmə üsulunu və sızmanın miqyasını müəyyən etmək məqsədilə geniş araşdırma aparılır. Qurum qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq hadisənin nəticələrinin aradan qaldırılması və məsul şəxslərin müəyyən edilərək qanuni tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq.

Suriya Prezidenti Əhməd Əş-Şəraa rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Suriya liderini Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə bölgəsinin vitse qubernatoru şahzadə Səud bin Mişal bin Əbdüləziz qarşılayıb. Səfər proqramı çərçivəsində Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Suriyanın rəsmi xəbər agentliyi SANA tərəfindən yayılan məlumata görə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ortaq maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar.

Suriya Prezidenti Əhməd Əş-Şəraa sabah Səudiyyə Ərəbistanı-na rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Xüsusilə Yaxın Şərqdə təhlükəsizlik, siyasi sabitlik və koordinasiya məsələlərinin əsas gündəm mövzuları olacağı bildirilir. Rəsmi açıqlamalara əsasən, bu səfər region ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində aparılan diplomatik fəaliyyətin davamı kimi qiymətləndirilir.