#İrana qarşı sanksiyalar

ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur. ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla əldə etdiyi son razılaşmanın gələcəyi Vaşinqtonda ciddi hüquqi və siyasi müzakirələrə səbəb olub. Prezidentin razılaşmanı ABŞ Konqresinə göndərə biləcəyinə dair açıqlaması ilk baxışda Ağ Evlə qanunverici hakimiyyət arasında koordinasiya nümunəsi kimi qiymətləndirilsə də, məsələ əslində daha mürəkkəb hüquqi çərçivəyə söykənir.

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirərək ora 1 fiziki şəxs, 13 şirkət və 8 neft tankerini daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sanksiyalar Yunanıstan vətəndaşı Antonios Marqaritisa da şamil olunub. Onun uzun illər ərzində İran nefti və neft məhsullarının tədarükünə yardım etdiyi iddia olunur. Siyahıya həmçinin Çində, Birləşmiş Ərəb Əmirliklərində və Marşall adalarında fəaliyyət göstərən şirkətlər, eləcə də Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqa və Barbuda bayrağı altında üzən tanker gəmiləri daxil edilib.