Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Qalibaf: ABŞ nə atəşkəs, nə də dialoq axtarır

    8 İyun 2026 22:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qalibaf: ABŞ nə atəşkəs, nə də dialoq axtarır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın bölgədə atəşkəsə və diplomatik həllə maraq göstərmədiyini iddia edib.

    VOA xəbər verir ki, İran rəsmisi çıxışında Tehranın milli maraqlarını və xalqın hüquqlarını qorumaq üçün qətiyyətli mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

    “ABŞ nə atəşkəs axtarır, nə də dialoqa can atır. İran xalqının hüquqlarını müdafiə etmək üçün qətiyyətli cavab verməliyik”, – deyə Qalibaf bildirib.

    Onun sözlərinə görə, İranın siyasəti emosional bəyanatlar və şüarlar üzərində deyil, milli güc, strateji düşüncə və rasional yanaşma əsasında qurulmalıdır.

    Qalibaf qeyd edib ki, ölkə qarşısında duran çağırışlara cavab vermək üçün bütün sahələr üzrə koordinasiyalı fəaliyyət vacibdir.

    O vurğulayıb ki, hərbi, diplomatik, ictimai və sosial istiqamətlər bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir.

    İran parlamentinin sədri diplomatiyanın yalnız qapalı görüşlər və rəsmi danışıqlardan ibarət olmadığını da bildirib.

    “Əgər diplomatiyanı yalnız qapalı otaqlarda aparılan danışıqlar və diplomatik təbəssümlər kimi qiymətləndirsək, elə başlanğıcdan uğursuzluğa məhkum olarıq”, – deyə o əlavə edib.

    Qalibafın açıqlaması İran, İsrail və ABŞ arasında son günlər yenidən yüksələn gərginlik fonunda səsləndirilib.

    #İsrail #İran #ABŞ #diplomatiya #atəşkəs #Məhəmməd Baqir Qalibaf #İran parlamenti #milli təhlükəsizlik #regional gərginlik #dialoq #Siyasi bəyanat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcəyik - İran

    27 İyul 2026 14:26

    Hörmüz boğazında altı gəminin keçid cəhdinin qarşısı alınıb - Tehran

    27 İyul 2026 11:07

    Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

    27 İyul 2026 10:01

    Elm müharibələrin qaynağıdır?

    26 İyul 2026 22:00

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

    26 İyul 2026 15:56

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    25 İyul 2026 22:35

    İran müharibə və atəşkəs dövründə 18 milyard dollarlıq neft satdığını açıqlayıb

    25 İyul 2026 22:20

    Demokratlar Men ştatında Senata namizəd kimi Troy Ceksonu seçib

    25 İyul 2026 22:11

    Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

    25 İyul 2026 22:02

    SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

    25 İyul 2026 21:47
    XƏBƏR LENTİ

    ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcəyik - İran

    Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    ABŞ vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını azaldıb (ÖZƏL)

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    Hörmüz boğazında altı gəminin keçid cəhdinin qarşısı alınıb - Tehran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.