BAKI,VOA, Fərid Mikayılov
İran Hörmüz boğazının cənubundakı alternativ marşrutdan keçməyə cəhd göstərən altı gəmini saxladığını açıqlayıb.
VOA xəbər verir ki, Tehran iddia edir ki, gəmilər izləmə sistemlərini söndürərək qanunsuz və təhlükəli marşrutdan istifadə etməyə çalışıblar.
İran dövlət televiziyasına danışan və adı açıqlanmayan rəsmi şəxsin sözlərinə görə, hadisə gecə saatlarında baş verib. O bildirib ki, altı gəmi Hörmüz boğazının cənubunda yerləşən alternativ marşrutdan keçməyə cəhd göstərib.
Rəsmi şəxs iddia edib ki, bu cəhd ABŞ ordusunun təhriki ilə həyata keçirilib. Onun sözlərinə görə, İran qüvvələrinin müdaxiləsi nəticəsində gəmilərin boğazdan keçmək planı baş tutmayıb.
Məlumata görə, gəmilərdən biri keçid cəhdi zamanı qəzaya uğrayıb. Digər beş gəmi isə marşrutunu davam etdirə bilməyərək Bəsrə körfəzinə geri qayıtmağa məcbur olub.
İran tərəfi hadisə ilə bağlı gəmilərin hansı ölkəyə məxsus olduğu, hansı yükü daşıdığı və ekipajın vəziyyəti barədə əlavə məlumat verməyib. Rəsmi açıqlamada yer alan iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.