BAKI,VOA Orxan Qədirzadə
2026 - cı ilin iyul ayında Türkiyənin Aliağa limanı 35 milyon 353 min 830 ton yük qəbul edib.
Bu barədə VOA -ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 2 milyon 74 min 568 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 33 milyon 279 min 262 ton yük daşınıb.
2026 - ci ilin iyul ayında Aliağa limanından tranzit 396 min 18 ton yük aşırılıb.