BAKI,VOA
Ermənistanın sabiq prezidenti (1998–2008) Robert Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və vəsaitlərin yuyulmasında ittiham olunur və həbs ediləcək.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqancanyan bildirib.
Ötən gün Robert Köçəryan məhkəmə iclası başladıqdan təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilmiş, məhkəmə iclası isə davam etdirilmişdi.
Avqustun 25-də Köçəryanın ofisinin rəhbəri sabiq prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Oğlu Levon Köçəryan daha sonra atasının iki həftə əvvəl stent qoyulması prosedurundan keçdiyini bildirmişdi.