Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    Fironların varisləri olduqlarını iddia edən Misir qiptilərinin keçmişi və bu günü

    2 Fevral 2026 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fironların varisləri olduqlarını iddia edən Misir qiptilərinin keçmişi və bu günü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Azərbaycan İslam Ensiklopediyası

    Monoteist dinlərin meydana gəldiyi Yaxın Şərq bu gün də müxtəlif inanclara ev sahibliyi edir. Bu bölgədə formalaşan xristian icmaları arasında ən böyük və köklü nümunələrdən biri Misirdə yaşayan Koptlardır. Kopt Kilsəsi Şərq xristianlığının ən qədim institutlarından biri hesab olunur.

    Qiptilər özlərini Misirin yerli əhalisi, qədim Misir fironlarının davamçıları hesab edirlər. “Qipti” sözü də məhz “misirli” mənasını verir. Misir xristianlarının böyük əksəriyyəti Qipti Pravoslav Kilsəsinə mənsub olsa da, katolik və protestant qollarında olan xristianlar da özlərini qipti kimliyi ilə təqdim edirlər. Müxtəlif hesablamalara görə, Koptlar Misir əhalisinin təxminən 10 faizini təşkil edir. Azlıq statusuna baxmayaraq, onlar özlərini Misir cəmiyyətinin ayrılmaz hissəsi hesab edir və ölkənin milli kimliyini mənimsəyirlər.

    Koptların xristianlığı qəbul etməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Kopt Kilsəsinə görə, bu proses Hz. Məryəmin Hz. İsa ilə birlikdə Misirə sığınması ilə başlamışdır. Tədqiqatçıların böyük hissəsi isə xristianlığın Misirə Evangelist Mark tərəfindən gətirildiyini bildirir. Apostol Markın müəllifi olduğu və Nikea Şurası tərəfindən dörd əsas İncildən biri kimi qəbul edilən Mark İncili onun Misirdə apardığı təbliğatın əsas mənbələrindən hesab olunur.

    Markın fəaliyyəti nəticəsində formalaşan Kopt Kilsəsi, Qərbdə inkişaf edən Katolik kilsəsindən və Bizans Pravoslavlığından fərqli bir teoloji və institusional yol izlədi. “Kopt” sözü yunanca Aigyptos (Misir) sözündən yaranmışdı və ilk dövrlərdə bütün misirlilərə şamil edilirdi. Lakin 635-ci ildə Misirin müsəlmanlar tərəfindən fəthindən sonra bu ad yalnız xristian misirlilərə aid edilməyə başlandı.

    İslamın yayılması ilə ərəb dili ölkədə üstün mövqeyə keçdi, Kopt dili isə yalnız Kopt xristianlarının dini və mədəni dili kimi qorunub saxlanıldı. İlk dövrlərdə müsəlman hakimiyyəti altında qiptilər nisbətən rahat yaşayırdılar. Lakin Fatimi xəlifəsi Hakim Biəmrillahın dövründə xristianlara qarşı sərt siyasət tətbiq olundu, bir çox kilsələr dağıdıldı.

    1171-ci ildə Əyyubilərin Fatimilər dövlətinə son qoymasından sonra Koptlar ictimai həyatda mövqelərini qismən bərpa etdilər. Ancaq bu dövrdə Avropa kilsəsinin başlatdığı VIII Səlib yürüşü yeni təhlükələr yaratdı. Səlibçilər Misirin bir hissəsini işğal etdikləri zaman xristian Koptlara da müsəlmanlardan fərqli münasibət göstərmədilər. Qiptilər də qətl və talanlara məruz qaldılar.

    1250-ci ildə Məmlüklərin hakimiyyətə gəlməsi, daha sonra isə 1517-ci ildə Osmanlı idarəsinin qurulması ilə qiptilər əvvəlki hüquqlarını əsasən qoruyub saxladılar. Xüsusilə 1805-ci ildə Misir valisi təyin edilən Kavalalı Mehmed Ali Paşa dövründə Koptların ictimai mövqeyi xeyli gücləndi. Onlar vergilərdən azad edildi və yerli idarəetmədə iştirak hüququ qazandılar.

    Osmanlıda qəbul edilən Hatt-ı Humayun fərmanı ilə xristianlarla müsəlmanlar arasında hüquqi bərabərlik təmin edildi. Bu sənəd Koptlara öz qanunları ilə mühakimə olunmaq, kilsə tikmək və orduya qatılmaq kimi hüquqlar verdi.

    1882-ci ildə Misirin Britaniya nəzarətinə keçməsindən sonra Koptlar xristian kimliyi ilə siyasi həyata daha fəal şəkildə qoşuldular. Butros Qali və Yusuf Vahbe Paşa kimi qipti siyasətçilərin baş nazir vəzifəsinə yüksəlməsi bunun bariz nümunəsi idi. 1919-cu ildə dövlət quruculuğu uğrunda aparılan mübarizədə Koptlar Misir xalqı ilə eyni mövqedə dayandılar.

    1952-ci il çevrilişi əvvəlcə Koptlar üçün ümidverici görünsə də, Camal Abdel Nasirin hakimiyyəti dövründə yüksələn millətçilik onların ictimai mövqeyini zəiflətdi. Siyasi partiyaların bağlanması və artan təzyiqlər nəticəsində on minlərlə kopt ölkəni tərk edərək əsasən Kanada və ABŞ-da məskunlaşdı.

    Sonrakı illərdə Ənvər Sədatın islamçı xətti təzyiqləri daha da artırdı. 1970-ci illərdə kilsələrə hücumlar, keşişlərə qarşı zorakılıqlar genişləndi. 1981-ci ildə Sədatın öldürülməsindən sonra Hüsnü Mübarək dövründə vəziyyət nisbətən sabitləşsə də, dini gərginliklər tam aradan qalxmadı.

    2011-ci il xalq üsyanında Koptlar Mübarəkin devrilməsini dəstəklədilər, lakin Müsəlman Qardaşlarının namizədi Məhəmməd Mursiyə səs vermədilər. Eyni zamanda 2014-cü ildə Mursinin devrilməsini də açıq şəkildə dəstəklədilər.

    Bu gün Misir əhalisinin təxminən 10 faizini təşkil edən Koptlar hələ də ciddi sosial və təhlükəsizlik problemləri ilə üzləşirlər. Onlar sabit ictimai mövqe əldə etmək uğrunda mübarizəni davam etdirir və Misirin azlıq xalqlarından biri olaraq varlıqlarını qoruyurlar.

    #Misir #Kopt kilsəsi #Qibtilər #Koptlar kimdir? Misirin yerli xristianlarının tarixi #Fironların varisləri: Misir koptlarının keçmişi və bu günü #Kopt Kilsəsi və Misir xristianlarının minillik hekayəsi #Misirdə azlıq olmaq: Koptların tarixi mübarizəsi #Qiptilər – Misirin unudulmayan xristian icması #Koptların Misir tarixində rolu və taleyi #Misir xristianları: Kopt kimliyi necə formalaşdı? #Koptların siyasi və dini tarixi: Fironlardan müasir dövrə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir İsraili Qəzzada vəziyyəti daha da gərginləşdirməməyə çağırıb

    30 May 2026 22:24

    Hakan Fidanın təklif etdiyi platformada hansı ölkələr yer alacaq?

    30 May 2026 19:17

    Qətər və Misir diplomatik təmasları genişləndirir

    26 May 2026 21:53

    Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq minimum şərtdir”

    25 May 2026 20:14

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    24 May 2026 09:00

    Misir 16,5 milyard dollarlıq "Yeni Delta" layihəsinə start verdi

    18 May 2026 09:00

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

    26 Aprel 2026 09:18

    Səudiyyənin Xarici İşlər naziri Misir və Qırğızıstan rəsmiləri ilə regional sabitliyi müzakirə edib

    13 Aprel 2026 20:53

    Şahbaz Şərif Türkiyəyə təşəkkür edib

    8 Aprel 2026 16:21

    FIFA İspaniya–Misir matçındakı islamofob şüarlar üzrə araşdırma başladıb

    8 Aprel 2026 09:55

    İsrail Rəfah sərhəd-keçid məntəqəsini bağladı

    7 Aprel 2026 15:52
    XƏBƏR LENTİ

    Qırğızıstan - Fələstin matçı: Gəlirin bir hissəsi Fələstin xalqına dəstək üçün istifadə olunacaq

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    Bəhreyn İran və İraqa səyahəti qadağan edib

    Ağ Evdə keçiriləcək UFC turnirində qadın döyüşçülər iştirak etməyəcək - Dana Uayt

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

    “İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

    İsrailin Livana hücumları davam edərsə, ABŞ ilə danışıqlar dayandırılacaq - Qalibaf

    İniesta BƏƏ-də baş məşqçi oldu

    Parisdə Türk Dünyasının Maddi və Qeyri-Maddi İrsinin Qorunmasına dair Strateji Görüş Keçirilib

    Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.