Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

    2 İyun 2026 14:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.

    VOA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən, “Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

    Sənəddə qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

    • Agentlik Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;
    • Agentliyin nizamnamə fondu bu Elektron Təhlükəsizlik Xidmətinin üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılır;
    • Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;
    • Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

    Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

    Azərbaycan Respublikasının Prezidentinə:

    • Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
    • Agentliyin idarəetmə orqanlarının yaradılması;
    • Agentliyin yenidən təşkili və ləğvi;

    Nazirliyə:

    • Bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməli və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
    • Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Nazirlik:

    • Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməlidir;
    • Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

    29 İyul 2026 16:23

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    27 İyul 2026 13:59

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    27 İyul 2026 13:58

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    27 İyul 2026 13:53

    Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

    26 İyul 2026 13:28

    Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

    25 İyul 2026 14:44

    Prezident İlham Əliyev "Kraudfandinq haqqında" qanunu təsdiqləyib

    24 İyul 2026 14:40

    Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

    24 İyul 2026 14:26
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 30 İyul

    Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

    Ağ Ev ətraf mühit sahəsində əsas vəzifəyə yeni namizəd hazırlayır

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    İtaliya və ABŞ süni intellekt üzrə Pax Silica əməkdaşlıq sazişini imzalayacaq

    Kanada Mərkəzi Bankında iqtisadi artımla bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərini kəskin yüksəldib

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    İran Hörmüz boğazını gələcək danışıqlarda əsas strateji rıçaq kimi görür

    Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.