Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    HƏMAS silahsızlanmadan İsrail Qəzzadan çıxmayacaq - Netanyahu

    5 Avqust 2026 09:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS silahsızlanmadan İsrail Qəzzadan çıxmayacaq - Netanyahu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS tam silahsızlaşdırılmadan İsrail ordusunun Qəzza zolağındakı mövqelərindən geri çəkilməyəcəyini bəyan edib.

    VOA xəbər verir ki, Netanyahu bununla ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Qəzza razılaşmasına etirazını ifadə edib.

    Baş nazirin sözlərinə görə, Tramp administrasiyası HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın hərbsizləşdirilməsinə nail ola biləcəyini düşünür.

    "Onlar bizə layihə göndəriblər, lakin biz onu qəbul etməmişik. Bu, bizim layihəmiz deyil. Mövqeyimizi onlara çatdırmışıq və maraqlarımızı qətiyyətlə müdafiə edirik", – deyə Netanyahu bildirib.

    Məlumata görə, ABŞ-ın dəstəklədiyi plan HƏMAS-ın silahları təhvil verməyə başlamasını, İsrailin hərbi əməliyyatları dayandırmasını və Qəzza zolağında nəzarət etdiyi ərazilərdən mərhələli şəkildə çıxmasını nəzərdə tutur.

    Plana əsasən, daha sonra bölgədə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi, idarəetmə və yenidənqurma işlərinin isə müstəqil Fələstin administrasiyası tərəfindən həyata keçirilməsi planlaşdırılır.

    Netanyahu isə bildirib ki, İsrail üçün əsas şərt HƏMAS-ın tam silahsızlaşdırılmasıdır və bu baş vermədən ordunun geri çəkilməsi mümkün deyil.

    Qeyd edək ki, İsrail və HƏMAS qarşılıqlı şəkildə bir-birini atəşkəs razılaşmasının şərtlərini pozmaqda ittiham edir.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #HƏMAS
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    9 Avqust 2026 08:54

    ABŞ İrandan ticarət gəmilərinə atəş açmamaq barədə öhdəlik istəyir - Cey Di Vens

    8 Avqust 2026 22:59

    İran Hörmüz boğazında keçid haqqı tətbiq etməyəcək - Cey Di Vens

    8 Avqust 2026 22:05

    İran Hörmüz boğazının açılması üçün ABŞ qarşısında altı şərt irəli sürüb

    8 Avqust 2026 21:36

    ABŞ-nin müharibəni davam etdirmək üçün kifayət qədər sursatı var - Pentaqon

    8 Avqust 2026 21:01

    ABŞ-yə ciddi xəbərdarlıq - Hörmüz boğazındakı yeni qaydaları qəbul etməkdən başqa yol yoxdur

    8 Avqust 2026 20:15

    Körfəz ölkələri Tehranın təzminat tələbindən niyə narahatdır?

    8 Avqust 2026 20:08

    Hörmüz boğazının açılması üçün ABŞ İrana təzminat ödəməlidir - Abbas Əraqçi

    8 Avqust 2026 19:46

    Kürdüstan bölgəsi heç bir münaqişənin tərəfi olmaq istəmir - İraq

    8 Avqust 2026 18:34

    Hörmüz boğazı ilə bağlı Omanla razılaşma çox yaxındır - İran

    8 Avqust 2026 18:26

    İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoyub

    8 Avqust 2026 18:16

    İraqın neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda 75 faiz azalıb

    8 Avqust 2026 18:12
    XƏBƏR LENTİ

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.