Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik təhlil Mərkəzi

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.

    Lariçani vurğulayıb ki, ölkə çətin iqtisadi və siyasi vəziyyətdən keçdiyi bir dövrdə siyasi qüvvələrdən daha çox dözümlülük və milli həmrəylik tələb olunur. O, “bağışlamağın mənası yalnız haqq olduqda qalır” - deyə əlavə edib və daxili ixtilafların aradan qaldırılmasının zəruri olduğunu söyləyib.

    Son aylarda İranda məhz iki əsas siyasi cərəyan - mühafizəkarlar və islahatçılar - arasında gərginlik kəskin artıb. İyunda İran və İsrail arasında baş verən 12 günlük münaqişədən sonra mübahisələr daha da qızışıb. Parlament sədri Məhəmməd Baqir Qalibaf keçmiş prezident Həsən Ruhani və sabiq XİN rəhbəri Məhəmməd Cavad Zərifi Moskva ilə əlaqələrə zərər vurmaqda ittiham edib; bunun ardınca Tehranda mühafizəkarların mitinqlərində Ruhaninin və Zərifin məhkəməyə verilməsi təklif olunub. Buna qarşılıq olaraq islahatçı düşərgədə də sərt replikalar səslənib - Mehdi Kərrubi Rusiyaya həddindən artıq bağlılığı tənqid edib, Zərif isə İranın xarici siyasətinin milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb. Keçmiş prezident Məhəmməd Xatəmi isə ölkənin son iki ona ildə qonşularla müqayisədə inkişaf göstəricilərində geri qaldığını bildirib.

    Yeni qalmaqallar və ictimai reaksiyalar

    Gərginliyi daha da kəskinləşdirən amillərdən biri keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölümünə dair yenidən ortaya çıxan iddialardır. General Rəhim Səfəvi tərəfindən irəli sürülən məqamlar Rəfsəncani ailəsinin etirazına səbəb olub və onun qızı Faizə Rəfsəncani hüquqi sorğu-sual üçün çağırılıb. Bundan əvvəl sabiq Təhlükəsizlik Şurası katibi Əli Şəmxaninin ailəvi videosunun sızması da geniş müzakirələrə yol açmışdı.

    İqtisadi təzyiqlər və beynəlxalq amillər

    Oktyabrın əvvəlində BMT sanksiyalarının bərpası İran üçün yeni iqtisadi təzyiqlər yaradıb. İnflyasiya və işsizlik artmaqda, iqtisadi çətinliklər sosial gərginliyi dərinləşdirir. Ekspertlər Xameneinin ictimai çıxışlarının azaldığını, dövlət mesajlarının isə müxtəlif qurum və rəhbərlər vasitəsilə verildiyini qeyd edir; bu da idarəetmədə koordinasiya zəifliyinə işarə edir.

    Ekspertlər hesab edirlər ki, siyasi qarşıdurma artıq fərdi səviyyəni aşaraq hakimiyyət daxilində real nüfuz mübarizəsinə çevrilib. Bu vəziyyət sistemi və cəmiyyəti sarsıda bilər; Lariçaninin xəbərdarlığı isə hakimiyyətə və ictimaiyyətə bu prosesin potensial təhlükələrini xatırladır.

    #BMT #Həsən Ruhani #Rəhim Səfəvi #Ayətulla Seyid Əli Xamenei #Əli Laricani #nüvə silahı #Məhəmməd Xatəmi #İran sanksiyalar #Nüvə razılaşması #İran nüvə proqramı #Məhəmməd Baqir Qalibaf #İranın Fars Körfəzi sahillərindəki nüvə obyektləri #İran nüvə razılaşmasının gələcəyi #İran-ABŞ nüvə gərginliyi #Avropa İran nüvə danışıqları #VOA Analitik Təhlil Mərkəzi #Mehdi Kərrubi #İranın Ali Milli Təhlükəsizlik Şuras #Məhəmməd Cavad Zərif #Əli Əkbər Haşimi #Faizə Rəfsəncani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    27 Avqust 2026 21:25

    Qalibaf Qətərin Baş naziri ilə görüşdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb

    27 Avqust 2026 19:00

    İran genişmiqyaslı iqtisadi müharibə şəraitindədir - Qalibaf

    27 Avqust 2026 18:07
    XƏBƏR LENTİ

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.