İranın sabiq prezidenti Həsən Ruhani parlament və dövlət televiziyasını ona qarşı “təşkil olunmuş qaralama və saxtalaşdırma kampaniyası” aparmaqda suçlayıb. Bəyanatda o, hökuməti dövründə Rusiya və Çinlə əməkdaşlıq, eləcə də Suriyaya investisiyaları müdafiə edib və “milli birliyin qorunmasının həyati əhəmiyyət daşıdığını” bildirib. Ruhani deyib ki, bəzi siyasi və media dairələri mülayim cərəyana qarşı “intiqam kampaniyası” aparır və “yalan, iftira və təhqirlər” istifadə olunur. O, daxili parçalanmanı artıran ritorikadan çəkinməyə çağırıb.
#Həsən Ruhani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.
İranın islahatçı lideri Mehdi Kərrubi bəzi parlament üzvlərini Rusiya prezidenti Vladimir Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham edib. Bu bəyanat parlament sədri Məhəmməd Bağır Qalibafın bir neçə gün əvvəl ölkə daxilindəki tərəfləri Rusiya–İran münasibətlərinə “ziyan vurmaq təhlükəsi” barədə xəbərdarlığından sonra səslənib.
İranın Qərbi Azərbaycan vilayətində yerləşən və dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü tamamilə quruyub. İran mediasında yayımlanan peyk görüntülərində gölün izinə rast gəlinmir. İranlı rəsmilər daha əvvəl xəbərdarlıq etmişdilər ki, quraqlığın davam etməsi və problemin həlli istiqamətində addımların atılmaması halında Urmiya gölü yay aylarının sonuna qədər tamamilə quruyacaq.