Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Livanda silah böhranı dərinləşir - Hizbullah deyir ki, Kərbəla Savaşı başladacaq

    16 Avqust 2025 00:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livanda silah böhranı dərinləşir - Hizbullah deyir ki, Kərbəla Savaşı başladacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Hizbullahın baş katibi Naim Qasim Livan hökumətini silahların yalnız dövlətin əlində cəmləşdirilməsi qərarı ilə “İsrail layihəsinə xidmət etməkdə” ittiham edib və buna qarşı “Kərbəla savaşı” aparacağını bəyan edib. O, “Hökumət partiyanı qarşısına alarsa, Livan” xəbərdarlığını edib.

    Hökumətin silah qərarı və beynəlxalq təzyiqlər

    Livan Nazirlər Şurası 7 avqust 2025-ci ildə silahların yalnız dövlətin əlində olması barədə qərar qəbul edib və ordunu bu prosesi cari ay ərzində planlaşdıraraq 2025-ci ilin sonuna qədər icra etməyə tapşırıb. Qərar ABŞ təzyiqləri və İsrailin yeni hərbi əməliyyatlara başlamaq hədələri fonunda qəbul olunub. İsrailin keçmiş döyüşlərdə Hizbullaha ağır zərbələr vurduğu bildirilir.

    İmam Hüseynin Ərbəin mərasimi münasibətilə Baalbek şəhərində televiziya ilə yayımlanan çıxışında Naim Qasim hökumət qərarını “təhlükəli” adlandırıb, bunun ölkəni böyük böhrana aparacağını və milli birgəyaşayış prinsiplərinə zidd olduğunu vurğulayıb.

    Onun sözlərinə görə, bu addım “müqaviməti və Livanı müdafiə silahından məhrum etmək, mücahidlərin öldürülməsini və torpaqlarından çıxarılmasını asanlaşdırmaq, ABŞ-İsrail planını həyata keçirmək” deməkdir. Qasim bildirib ki, Hizbullah müqavimət silahını təhvil verməyəcək və lazım gələrsə, bu “ABŞ-İsrail layihəsinə” qarşı “Kərbəla savaşı” aparacaq.

    Hizbullah lideri hökuməti “ölkədə istənilən daxili toqquşma və dağıntıya görə tam məsuliyyət daşımaqda” ittiham edib.Qasim əlavə edib ki, hökumətin vəzifəsi ölkəni sabitlik və bərpa yolu ilə aparmaqdır, onu “acgöz İsrail işğalçısına və sərhədsiz tamahı olan ABŞ-a” təslim etmək deyil.

    Etirazlar və təxirə salınmış aksiyalar

    O, müqavimət silahının təhvil verilməsinə qarşı küçə etirazlarının ABŞ səfirliyi qarşısına qədər çata biləcəyini deyib. Lakin Hizbullah və Əməl Hərəkatının rəhbərliyi qarşıdurmadan əvvəl dialoqa imkan vermək üçün bu addımı təxirə salıb.

    Qasim hökumətə müraciət edərək, “İşğalı dayandırın, İsraili Livandan çıxarın, milli və strateji təhlükəsizlik müzakirələri zamanı bizdən bütün asanlaşdırıcı dəstəyi alın” çağırışını edib.

    Məsələnin tarixi və hazırkı tələblər

    Hizbullah – 1975–1990 vətəndaş müharibəsindən sonra hərbi arsenalını saxlayan yeganə fraksiya – silahlarının çıxarılmasını qəbul etmir. Təşkilat İsrailin ötən ilki müharibə zamanı ələ keçirdiyi 5 təpədən çəkilməsini, atəşkəsə baxmayaraq davam edən hava zərbələrinin dayandırılmasını, həbs edilən döyüşçülərinin azad edilməsini və dağıdılmış ərazilərin bərpasını tələb edir.

    Hizbullah və digər qruplar 7 oktyabr 2023-də İsrailin Qəzza zolağında başlatdığı hərbi əməliyyatlar fonunda Livan–İsrail sərhədində döyüşlərə qoşulub. İsrail 23 sentyabr 2024-dən etibarən hava hücumlarını ölkənin böyük hissəsinə, o cümlədən Beyruta qədər genişləndirib və Cənub Livanda quru əməliyyatlarına başlayıb.

    27 noyabr 2024-də Hizbullah və İsrail arasında atəşkəs qüvvəyə minsə də, rəsmi məlumatlara görə, İsrail onu 3 mindən çox dəfə pozub, nəticədə 266 nəfər ölüb, 563 nəfər yaralanıb.

    #Hizbullah #Naim Qasim #Hizbullah və Livan hökuməti #Hizbullahın Livandakı rolu #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Baalbek #İmam Hüseynin Ərbəin mərasimi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Dövlətdən kənar silahlı qüvvələrə yer yoxdur - Yusif Rəcci

    16 İyul 2026 17:07

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    14 İyul 2026 22:40

    ABŞ İranın hərbi imkanlarının böyük hissəsini məhv edib - Tramp

    14 İyul 2026 22:31

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    14 İyul 2026 20:04

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    14 İyul 2026 19:28

    İsrail payızda seçkilərə gedir: Netanyahunun aqibəti necə olacaq?

    13 İyul 2026 15:00

    İsrail ordusu Livanda "Hizbullah" üzvlərinə zərbə endirdiyini açıqlayıb

    11 İyul 2026 21:34

    Nəbatiyədəki hücumların hədəfi nə olub?

    10 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

    BƏƏ-nin Füceyrə limanı yaxınlığında gəmiyə zərbə endirilib

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    Küveyt İranın yeni raket və dron hücumlarını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.