Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkmənistan
    Türkmənistan

    Regional İnteqrasiya Güclənir: Türkmənistan və Əfqanıstandan Strateji Görüş

    8 May 2025 17:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Regional İnteqrasiya Güclənir: Türkmənistan və Əfqanıstandan Strateji Görüş
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə tərəflər Türkmənistan və Əfqanıstan arasında siyasi və iqtisadi əlaqələri, diplomatik münasibətlərin gücləndirilməsini, eləcə də böyük ortaq layihələri, xüsusilə Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsinin Əfqanıstan hissəsinin icrası məsələsini müzakirə ediblər.

    Əmir Xan Muttaki iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin güclü təməl üzərində qurulduğunu qeyd edərək, əməkdaşlığın genişləndirilməsi və ortaq maraqların irəlilədilməsi üçün əlverişli şəraitin olduğunu vurğulayıb.

    O, Əfqanıstan hökumətinin böyük ortaq iqtisadi layihələrin həyata keçirilməsində qərarlı olduğunu da bildirib.

    Türkmənistan tərəfi isə TAPI layihəsinin həyata keçirilməsi istiqamətində müsbət addımların atıldığını qeyd edib və dəmir yolu, ticarət və tranzit sahələrində əməkdaşlıq imkanlarına toxunub.

    Tərəflər, TAPI qaz kəmərinin tikintisinin sürətləndirilməsi, dəmir yolu sisteminin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, enerji təchizatı və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

    #Pakistan #Türkmənistan #Rəşid Meredov #Əfqanıstan #Hindistan #TAPİ layihəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    İranın daxili işlər naziri nümayəndə heyəti ilə Pakistana səfər edib

    20 İyul 2026 19:31

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19

    Kanada ABŞ və İranı təmkinli olmağa çağırıb

    20 İyul 2026 18:37

    ABŞ memorandumun şərtlərini pozaraq müharibəni yenidən alovlandırdı - İranın Pakistandakı səfiri

    18 İyul 2026 19:05

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri ABŞ-İran müharibəsini müzakirə ediblər

    11 İyul 2026 20:33

    Pakistanın Baş naziri İran Prezidenti ilə regional gərginliyi müzakirə edib

    10 İyul 2026 21:50

    İran danışıqların davam etdirilməsini istəyib - Tramp

    10 İyul 2026 19:51
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.