Bu ilin sentyabr ayında Aşqabad şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 111-ci iclası keçiriləcək. İclasda üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, 2026–2030-cu illər üzrə nəqliyyat təhlükəsizliyi strategiyası və yüksək texnologiyalı sənaye sahələrində birgə layihələr müzakirə olunacaq.
#Türkmənistan
Tacikistan İrandan 2,55 milyon ton neft və neft məhsulları almaq istəyir. Müraciətə 2 milyon ton xam neft daxildir. Düşənbə həmçinin 150 min ton benzin və 300 min ton dizel yanacağı almağı planlaşdırır. İrandan alınması nəzərdə tutulan təyyarə yanacağının həcmi isə 100 min tondur. Tacikistan neft məhsullarına olan tələbatının təxminən 80 faizini hazırda Rusiyadan təmin edir. Rusiyada yaranan yanacaq çatışmazlığı Düşənbəni yeni tədarük mənbələri axtarmağa sövq edib. Tacikistan Qazaxıstan, Türkmənistan, İran, İraq və Belarusla əlavə tədarük imkanlarını müzakirə edir. ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasətinin Tacikistanın planlarına necə təsir edəcəyi hələlik məlum deyil.
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabad şəhərinin hakimi Rahim Qandımov ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı və rəqəmsal şəhərsalma sahəsində birgə imkanlar müzakirə olunub. Tərəflər süni intellekt həllərinin şəhər idarəçiliyində tətbiqi barədə fikir mübadiləsi aparıblar. Rəqəmsal transformasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş səmimi atmosferdə keçib.
Türkmənistanda keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarətin artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.
İranın “Fars” xəbər agentliyi ABŞ-nin ölkənin şimalında yerləşən və Çin, Rusiya ilə ticarət əlaqələrində istifadə olunan strateji dəmir yolu körpüsünü vurduğunu bildirib. Məlumata görə, Gülüstan vilayətindəki Oqtay Xan körpüsü qanadlı raketlə hədəfə alınıb. İran tərəfi bu xəttin Çin və Türkmənistan istiqamətində mühüm nəqliyyat bağlantısı olduğunu açıqlayıb. Hücum ABŞ-İran qarşıdurmasının davam etdiyi bir vaxtda baş verib. Hadisə ilə bağlı məlumatlar İran mənbələrinə əsaslanır və ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkmənistanın dəstəyini yüksək qiymətləndiririk”. Komitə sədri qeyd edib ki, Füzuli şəhərində inşa olunan məscid unikal bir memarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin təzahürüdür. Bu layihə iki ölkə arasında humanitar və mədəni bağların daha da möhkəmləndiyini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Ceyhun Bayramov və Rəşid Meredov iştirak ediblər. Tərəflər siyasi dialoqun və yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıblar. Enerji, nəqliyyat və logistika sahələri əsas müzakirə mövzusu olub. Orta Dəhlizin potensialından istifadə məsələsi diqqət mərkəzində olub. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da qeyd edilib.
Sərdar Berdiməhəmmədov Azərbaycana gəlib
İyunun 5-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamalarını çatdırmağı xahiş edib
Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda Mədəniyyət Günləri münasibətilə Aşqabadda rəsmi qəbul keçirilib