Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsi üzrə danışıqlarda yeni mərhələyə keçilib. Layihənin Əfqanıstan ərazisindən keçən hissəsi üçün torpaq məsələlərinin həlli istiqamətində razılaşmalar əldə olunub.
#TAPİ layihəsi
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib. Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.