Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazının yenidən açılmasını prioritet məsələ adlandırıb. O, boğazın uzun müddət bağlı qalmasının heç bir tərəfin maraqlarına uyğun olmadığını bildirib. Ərdoğan Donald Trampın son səfəri zamanı İsrailin Livana qarşı müharibəsinin dayandırılması və bu prosesdə ABŞ-ın rolu barədə danışdıqlarını açıqlayıb. Türkiyə Prezidenti həmçinin Səudiyyə Ərəbistanı və Pakistan arasında elan edilən birgə müdafiə razılaşmasına toxunub. O, gələcəkdə Misir də daxil olmaqla digər ölkələrin bu razılaşmaya qoşulmasının mümkün olduğunu deyib. Ərdoğanın açıqlamaları Hörmüz boğazında gərginliyin davam etdiyi və bölgədə təhlükəsizlik məsələlərinin ön plana çıxdığı bir vaxtda səslənib.

Suriyanın şimal-şərqində Fərat çayında su səviyyəsinin yüksəlməsi ilə əlaqədar təhlükəsizlik və ehtiyat tədbirləri gücləndirilib. Məlumata görə, Türkiyədən Fərata daxil olan suyun həcmi saniyədə 1 200 kubmetrə çatıb. Çayın səviyyəsinin hazırda 70 santimetr yüksəldiyi, növbəti 24 saat ərzində daha 30 santimetr artmasının gözlənildiyi bildirilib.

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda oksigen balonlarının doldurulduğu məntəqədə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Partlayış sənaye zonasında yerləşən “Kavas Oksigen Doldurma” məntəqəsində yerli vaxtla saat 08:27-də baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin “Məkkə İttifaqı”na qoşulması ilə bağlı danışıqların davam etdiyini bildirib. Fidan Misiri Türkiyənin “təbii tərəfdaşı” adlandıraraq, “İnşallah yaxın zamanda rəsmi tərəfdaşımız da olacaq” deyib. O, ittifaqın heç bir ölkəyə qarşı yönəlmədiyini, məqsədinin region ölkələri arasında təhlükəsizlik, suverenlik və rifah sahəsində əməkdaşlığı gücləndirmək olduğunu vurğulayıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 1,262 milyard ABŞ dolları dəyərində 4,847 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 97,9 milyon ABŞ dolları və ya 7,2%, həcm ifadəsində isə 82,2 milyon kubmetr və ya 1,7% azalıb.

Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda əkin sahəsində başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan yanğınla əlaqədar İstanbulun müxtəlif ərazilərindən çoxsaylı yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən ehtiyat tədbiri olaraq bəzi evlərin sakinlərinin təxliyə edildiyi bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Razılaşmasının hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutduğunu açıqlayıb. Aktürk bildirib ki, razılaşmanın əsas məqsədi regional təhlükəsizlik və sabitliyə töhfə vermək, üç ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və mümkün böhranlar zamanı birgə fəaliyyət imkanlarını gücləndirməkdir.

Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Asim İftixar Əhməd Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış yeni üçtərəfli müdafiə sazişini "son həftələrin ən mühüm hadisələrindən biri" kimi dəyərləndirib. Diplomat bildirib ki, bu sənəd regional təhlükəsizlik əməkdaşlığında tarixi bir mərhələni təşkil edir.

Kosmik diplomatiya dövlətlərin və beynəlxalq aktorların kosmosun tədqiqi, kosmik hüquq, təhlükəsizlik və elmi əməkdaşlıq sahələrində apardığı diplomatik proseslərin məcmusu kimi formalaşıb. İlk dəfə 1960-cı illərdə ABŞ və Sovet İttifaqı arasındakı kosmik rəqabət fonunda gündəmə gələn kosmik diplomatiya bu gün artıq yalnız iki böyük güc arasındakı rəqabətlə məhdudlaşmır. Kosmos dövlətlərin xarici siyasəti, təhlükəsizlik strategiyaları, iqtisadi maraqları və texnoloji inkişafında mühüm istiqamətə çevrilib.

ABŞ Prezidenti Donald Tramp Türkiyədə təyyarə dəyişdirilməsi qərarının Gizli Xidmət tərəfindən verildiyini açıqlayıb. Məlumata görə, hadisə NATO sammitindən sonra baş verib. “The Washington Post” Trampın əvvəlcə “Air Force One”a mindiyini, daha sonra isə mümkün İran təhlükəsi səbəbindən başqa təyyarəyə keçirildiyini yazıb. Təyyarələr arasında keçidin iaşə xidməti avtomobili ilə həyata keçirildiyi bildirilib. Tramp qərarın təhlükəsizlik qurumlarının səlahiyyətində olduğunu qeyd edib.

Türkiyənin Yalova şəhərində təlim uçuşu həyata keçirən F-16 hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici qrup göndərilib. Hadisədən sonra əraziyə çoxlu sayda tibbi yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. Qəza zamanı yaranan alov və qara tüstü ətraf ərazilərdən də müşahidə edilib. Milli Müdafiə Nazirliyi bildirib ki, qəzanın səbəbləri aparılacaq ətraflı texniki araşdırmadan sonra müəyyən ediləcək