Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə yeni nəsil cinayət şəbəkələrinə qarşı Terrorla Mübarizə bölmələri də cəlb ediləcək

    18 Avqust 2026 15:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə yeni nəsil cinayət şəbəkələrinə qarşı Terrorla Mübarizə bölmələri də cəlb ediləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyədə “yeni nəsil” cinayət şəbəkələrinə qarşı mübarizəyə Terrorla Mübarizə (TEM) bölmələrinin də cəlb edilməsi qərara alınıb.

    Daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, bu qruplar klassik mafiya və mütəşəkkil cinayət strukturlarından fərqli üsullarla fəaliyyət göstərir. Onların sabit məkanı, ənənəvi hiyerarşiyası və daimi heyəti olmaya bilər.

    Çiftçinin sözlərinə görə, yeni cinayət şəbəkələri sosial media və internet vasitəsilə əlaqə qurur, xüsusilə uşaqları və gəncləri öz sıralarına cəlb etməyə çalışır. Bu qruplar kiberdələduzluq, narkotik ticarəti, hədə-qorxu, reket, silahlı hücum və digər cinayətlərlə məşğul ola bilirlər.

    Nazir qeyd edib ki, şəbəkə rəhbərlərinin bir hissəsi xaricdə yerləşir. Türkiyədə cinayət törədərək ölkədən qaçan şəxslərlə yanaşı, xaricdən Türkiyədəki qruplara göstəriş verən şəxslər də izlənilir.

    Çiftçi həmçinin sosial mediada fəaliyyət göstərən cinayət şəbəkələrinin izlənilməsində süni intellekt əsaslı açıq mənbə analizlərindən istifadə edildiyini açıqlayıb.

    #Kiberdələduzluq #narkotik ticarəti #Mustafa Çiftçi #Yeni nəsil cinayət şəbəkələri #Türkiyədə mütəşəkkil cinayət #Terrorla Mübarizə Dairəsi #Cinayət qrupları #Sosial media və cinayət #Süni intellektlə izləmə #Cinayətkarlıqla mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib

    29 İyul 2026 12:37

    NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb

    9 İyul 2026 11:57

    Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

    30 İyun 2026 15:11

    Türkiyənin daxili işlər naziri Suriyaya gedir

    30 İyun 2026 11:31

    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    20 İyun 2026 19:01

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    8 İyun 2026 14:56

    Türkiyədə 75 şəhərdə narkotik əməliyyatı keçirilib

    28 Aprel 2026 16:16

    Türkiyədə 100 kiloya yaxın narkotik vasitə aşkarlanıb

    28 Aprel 2026 09:35

    Türkiyədə məktəblərdə kamera və təcili çağırış sistemləri qurulacaq

    25 Aprel 2026 13:50

    Türkiyədə yeniyetmənin məktəbdə törətdiyi silahlı hücum nəticəsində doqquz nəfər həlak olub

    15 Aprel 2026 19:17

    Antalyada narkotik əməliyyatı: 425 min həb ələ keçirildi

    13 Aprel 2026 10:02

    Beşiktaşdakı terror aktı ilə bağlı daha iki nəfər saxlanılıb

    7 Aprel 2026 20:28
    XƏBƏR LENTİ

    Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

    Tarixdə bu gün – 25 Avqust

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

    İran üçün çirkli pulları yuyan qurumlar dollar sistemindən çıxarılacaq - Skott Bessent

    ABŞ İranın ticarət tərəfdaşlarına yeni məhdudiyyətlər tətbiq edəcək iqtisadi vəziyyətdə deyil - Qalibaf

    İranı ayaqda saxlayan bütün iqtisadi əlaqələri kəsəcəyik - Skott Bessent

    İran da daxil olmaqla hamıya qarşı qalib gəlirik - Tramp

    İsrail Livanın cənubuna yeni zərbələr endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.