Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Məkkə Sazişi çərçivəsində hərbi əməkdaşlıq mərhələli şəkildə inkişaf etdiriləcək - Türkiyə MN

    13 Avqust 2026 14:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məkkə Sazişi çərçivəsində hərbi əməkdaşlıq mərhələli şəkildə inkişaf etdiriləcək - Türkiyə MN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Razılaşmasının hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutduğunu açıqlayıb.

    VOA xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib. Onun sözlərinə görə, avqustun 7-də imzalanan razılaşma üç ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində daha institusional və davamlı əməkdaşlığa çevrilməsini məqsəd qoyur.

    Aktürk bildirib ki, razılaşmanın əsas məqsədi regional təhlükəsizlik və sabitliyə töhfə vermək, üç ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və mümkün böhranlar zamanı birgə fəaliyyət imkanlarını gücləndirməkdir.

    Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı

    Onun sözlərinə görə, sənəd müdafiə xarakteri daşıyır və heç bir ölkəni ortaq düşmən və ya qarşı tərəf kimi müəyyənləşdirmir.

    Razılaşma çərçivəsində müdafiə və xarici işlər nazirlərinin, eləcə də Baş Qərargah rəisləri və silahlı qüvvələrin komandanlarının iştirakı ilə strateji siyasi və hərbi mexanizmlərin yaradılması nəzərdə tutulur.

    Aktürk hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdiriləcəyini bildirib. İlk mərhələdə komanda-qərargah və ərazi təlimlərindən başlanılması, daha sonrakı mərhələlərdə isə quru, dəniz, hava, hava hücumundan müdafiə və pilotsuz sistemlərin iştirakı ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır.

    Təlimlər vasitəsilə mümkün böhranlardan əvvəl ehtiyac və çatışmazlıqların müəyyənləşdirilməsi, əldə olunan təcrübənin hərbi doktrina, təlim və planlaşdırma proseslərinə tətbiqi və birgə əməliyyat imkanlarının davamlı inkişaf etdirilməsi hədəflənir.

    Müdafiə sənayesi əməkdaşlığı da razılaşmanın əsas istiqamətlərindən biri olacaq. Bu çərçivədə yalnız hərbi məhsul və sistemlərin alınması deyil, birgə işlənib hazırlanma və istehsal, texnologiya əməkdaşlığı, eləcə də texniki xidmət və logistika sahəsində davamlı dəstəyin təmin edilməsi planlaşdırılır.

    Aktürk pilotsuz və avtonom sistemləri, elektron müharibə vasitələrini və süni intellekt əsaslı imkanları prioritet əməkdaşlıq sahələri sırasında göstərib.

    Türkiyə Milli Müdafiə Nazirliyi Məkkə Birgə Müdafiə Razılaşmasının NATO-ya alternativ və ya rəqib struktur olmadığını, beynəlxalq təhlükəsizlik arxitekturasını tamamlayan və regional təhlükəsizliklə sabitliyə töhfə verən mexanizm kimi nəzərdə tutulduğunu bildirib.

    #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Səudiyyə Ərəbistanı #Pakistan #Zeki Aktürk son açıqlama #Məkkə Sazişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Pakistanın eks-baş naziri İmran Xan yenidən həbsxanaya göndərildi

    21 Avqust 2026 11:47

    Səudiyyə Ərəbistanı "Ehsan" xeyriyyə platformasını müstəqil qeyri-kommersiya fonduna çevirib

    21 Avqust 2026 11:12

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Husilər Nəcran hava limanına və “Saudi Aramco” obyektinə hücum etdiklərini bildiriblər

    20 Avqust 2026 19:30

    Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə bölgədəki vəziyyəti müzakirə edib

    20 Avqust 2026 18:36

    1000 islahat və 1200 yeni qanun - Səudiyyənin biznes inqilabı və qlobal yüksəlişi necə başladı?

    20 Avqust 2026 14:22

    Səudiyyə Ərəbistanı biznes mühitini genişləndirir

    20 Avqust 2026 10:47

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Pakistanın məşhur "TikTok" ulduzu İslamabad yaxınlığında motosikletli silahlıların hücumu nəticəsində qətlə yetirilib

    19 Avqust 2026 22:31
    XƏBƏR LENTİ

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.