Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Körfəz Əməkdaşlıq Şurası / Səudiyyə Ərəbistanı
    Səudiyyə Ərəbistanı

    Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı

    12 Avqust 2026 09:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərinin strateji xarakter daşıdığını bildirərək, növbəti mərhələdə iki ölkə arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq addımların atılacağını açıqlayıb. Hürmüz boğazının qlobal iqtisadiyyat üçün həyati önəm daşıyan arteriyalardan biri olduğunu vurğulayan Ərdoğan, mövcud gərginliyin ən qısa zamanda başa çatmasını, boğazın yenidən beynəlxalq ticarətə təhlükəsiz, sabit və kəsintisiz xidmət göstərməsini arzuladıqlarını bildirib.

    Məkkə müdafiə sazişi hücum xarakteri daşımır - Şahbaz Şərif Məkkə müdafiə sazişi hücum xarakteri daşımır - Şahbaz Şərif

    Türkiyə dövlət başçısı ötən həftə Məkkə şəhərində Səudiyyə Ərəbistanının Vəliəhdi, Baş nazir Şahzadə Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə birlikdə imzalanan "Məkkə Birgə Müdafiə Sazişi" haqqında verilən sualları cavablandırıb. Prezident Ərdoğan "Məkkə Birgə Müdafiə Sazişi"ni Birləşmiş Ştatlar və İran arasındakı gərginliyin müvəqqəti reaksiyası kimi qiymətləndirməyin yanlış olduğunu vurğulayıb. O qeyd edib ki, məsələyə yalnız hərbi baxımdan yanaşmaq doğru deyil: "Sazişin əsas məqsədi çəkindirici gücü artırmaq, tərəflər arasında həmrəylik ruhunu gücləndirməklə təhlükəsizlik hissini möhkəmləndirmək və regional sabitliyi qorumaqdır". Sazişin BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu təsdiqlədiyini bildirən Ərdoğan, onun heç bir ölkəyə qarşı yönəlmədiyini və sülh istəyən bütün qardaş dövlətlərin üzünə açıq olduğunu bəyan edib.

    Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi? Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi?

    Ərdoğan İsrailin Livana hücumlarının dərhal dayandırılmasını tələb edib. Suriyanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirən Prezident, əsas arzularının bu mərhələnin dayanıqlı sülhə, sabitliyə və Suriyanın yeniden qurulmasına yol açması olduğunu deyib. O, Türkiyənin Suriyanın şimalında və ya hər hansı digər hissəsində ölkəsinin təhlükəsizliyinə təhdid yaradacaq heç bir qurumun mövcudluğuna icazə verməyəcəyinə söz verib.

    Cənab Prezident, "Üçtərəfli Məkkə Sazişi" ideyası necə yarandı və buna gətirib çıxaran əsas proseslər hansılardır?

    "Məkkə Birgə Müdafiə Sazişi" ideyası regionumuzda baş verən proseslərin diktə etdiyi yeni reallıqların və hər üç ölkənin birgə məsuliyyətini dərk etməsinin nəticəsində ortaya çıxdı. Biz həmişə inanmışıq ki, regionun problemlərini elə region ölkələri özləri həll etməlidirvə bu istiqamətdəki cəhdləri hər zaman dəstəkləmişik. Yanaşmamızın əsasını daima bu prinsip təşkil edib. Regionun problemləri məhz regional tərəflər vasitəsilə həllini tapmalıdır. Biz bu addımla həmin məqsədə doğru ilk addımı atdığımızı düşünürük. Son hadisələr dost və qardaş ölkələr arasında birgə fəaliyyətin və həmrəyliyin ne qədər həyati önəm daşıdığını bir daha göstərdi. Biz Türkiyə olaraq, fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, həmişə dialoqu və məsləhətləşmə kanallarını gücləndirməyi müdafiə etmişik. Çünki bilirik ki, davamlı sülh yalnız münaqişələrə son qoymaqla deyil, qarşılıqlı etimad korpüləri, güclü siyasi iradə və birgə gələcək baxışı ilə əldə olunur. Dolayısilə, "Məkkə Birgə Müdafiə Sazişi" bu anlayışın bəhrəsidir. Bu, üç ölkə arasında sadəcə bir razılaşma olmaqdan kənara çıxaraq, regionda sabitliyi təmin etmək, dost və qardaş xalqların təhlükəsizliyini qorumaq üçün üzərimizə götürdüyümüz tarixi bir məsuliyyət təşəbbüsüdür. Burada çox vacib bir məqamı vurğulamaq istəyirəm: bu saziş sülh və sabitlik istəyən bütün qardaş ölkələr üçün açıqdır.

    Biz bu gün də, keçmişdə olduğu kimi, sülhü, sabitliyi və qardaşlarımızla həmrəyliyi dəstəkləyirik. "Məkkə Birgə Müdafiə Sazişi"ni bu iradənin əməli təcəssümü kimi görürük və başqa ölkələrin də bu sazişə qoşulmasına heç bir etirazımız yoxdur. İnşallah, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan olaraq regionumuzda yeni bir əməkdaşlıq və birgə fəaliyyət dövrünə qapı açmışıq. Ölkəmiz bu qapını hər zaman açıq saxlamaq, regionda sülh və sabitliyin bərqərar olunmasına töhfə vermək üçün böyük iradəyə sahibdir.

    Sazişin ABŞ və İran arasında artan gərginliklə əlaqəsi var, yoxsa üçtərəfli əlaqələr ideyası əvvəllər də gündəmdə idi?

    Şübhəsiz ki, ABŞ və İran arasında gərginliyin artması regiondakı proseslər üçün təhlükə yaradır. Lakin "Məkkə Birgə Müdafiə Sazişi"ni yalnız bu gərginliyin müvəqqəti reaksiyası kimi qiymətləndirmək yanlış olar. Bu, ölkəmizin yürütdüyü siyasətin və niyyətlərin səhv anlaşılmasına gətirib çıxarar. Saziş BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququnu təsdiqləyir və heç bir ölkəyə qarşı yönəlməyib. O, regionda təhlükəsizliyi, rifahı və sabitliyi möhkəmləndirmək üçün hazırlanıb və qoşulmaq istəyən bütün qardaş ölkələrin üzünə açıqdır.

    Bizim baxışımız yalnız üç ölkə ilə məhdudlaşmır; biz bu çətirin böyüməsini, hətta vaxtı gələndə müvafiq şərait yarandıqda regionun bütün ölkələrinin bu dam altında birləşməsini arzulayırıq. Bu, bütün regionda davamlı sabitliyin bərqərar olunması üçün ən doğru addım olardı. Bu gün atdığımız addım qəfildən ortaya çıxmayıb, saziş ideyası tərəfdaşlarımızla və region ölkələri ilə keçirdiyimiz mütəmadi görüşlərdə uzun müddətdir müzakirə olunurdu. İllərdir vurğulayırıq ki, regionumuzda sülh və təhlükəsizliyin güclənməsi aidiyyəti ölkələr arasında müntəzəm məsləhətləşmələr tələb edir. Çünki regionun problemlərinin həlli kənardan diktə olunan reseptlərdən uzaq olmalıdır; biz yaxşı bilirik ki, kənardan idxal olunan həll yolları yalnız fəlakət gətirir. Bu səbəbdən Türkiyə olaraq region ölkələrinin öz iradəsinə və birgə ağlına söykənən siyasətlərə sadiq qalaraq hareket etmişik. Dolayısilə, biz "Məkkə Sazişi"ndən doğan üçtərəfli mexanizmə müəyyən beynəlxalq vəziyyətə qarşı anlıq reaksiya kimi yox, regiondakı yeni reallıqlar qarşısında strateji iradədən qaynaqlanan böyük bir addım kimi baxırıq. Biz Türkiyə olaraq hər zaman gərginliyin deyil, diplomatik həll yollarının, münaqişənin deyil, dialoqun, ayrılığın deyil, regional əməkdaşlığın tərəfındəyik. Biz bütün tərəflərlə danışmağı və çətin məsələlərdə məsuliyyəti üzərimizə götürməyi bacaran bir ölkəyik və regionda davamlı sülh üçün bu rolu oynamağa davam edəcəyik.

    Saziş müdafiə xarakterli olsa da, mətnində tərəflərdən birinə edilən hücumun hər üç tərəfə edilmiş hücum sayılacağı bildirilir. Bu doğrudurmu?

    Bəli, adından da göründüyü kimi, bu, "Məkkə Birgə Müdafiə Sazişi"dir və kollektiv müdafiə prinsipinə söykənir. Onun qardaş ölkələr arasında Məkkə şəhərində imzalanması ona xüsusi bir rəmzi məna da qazandırır ki, bu da bizə böyük şərəf verir. Saziş hər şeydən əvvəl kollektiv çəkindiriciliyə əsaslanır; təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi, müdafiə sənayesi sahəsində birgə layihələrin işlənməsinə yol açmağı və terrorla mübarizə səylərini dəstəkləməyi hədəfləyir. Saziş heç bir tərəfə qarşı yönəlməyib, məqsəd xalqlarımızın sülhünü, sabitliyini və rifahını təmin etməkdir. Mətndəki maddələr tamamilə aydındır.

    Məkkə Birgə Müdafiə Zirvəsinin birgə bəyanatı yayımlanıb

    Əsas prinsip odur ki, tərəflərdən birinin təhlükəsizliyinə yaradılan hər hansı təhdid digər imzalamış tərəflər üçün də təhlükəsizlik təhdidi sayılır. Lakin məsələyə yalnız hərbi müstəvidə baxmaq olmaz; əsas hədəf çəkindiricilik funksiyasını artırmaq, tərəflər arasında həmrəylik ruhunu gücləndirməklə təhlükəsizliyi möhkəmləndirmək və regional sabitliyi qorumaqdır. Türkiyə müdafiə və təhlükəsizlik sahəsində böyük uğurlar əldə edib və bu baxımdan hamının rəğbətini qazanıb. Dost və qardaş ölkələrlə bağlanan bu sazişlər vasitəsilə biz həmin nailiyyətlərə sülhü dəstəkləyən regional bir ölçü qazandırırıq. Eyni zamanda, imzalamış ölkələr bir-birləri üçün təhdid mənbəyi olmayacaqlarını, əksinə həmrəyliyi gücləndirəcək hər bir addımı atacaqlarını təsdiqləyirlər. İmzalamış tərəflərin çatdırmaq istədiyi mesaj aydındır: təhlükəsizliyimiz hamımızın təhlükəsizliyini təmin etməklə mümkündür vı biz əminik ki, bu kapsamlı yanaşmanı tətbiq etməklə hamımız üçün sülh, sabitlik və inkişafı təmin edəcəyik.

    Demək olarmı ki, Yaxın Şərqin regional gücləri əvvəllər böyük dövlətlərin səlahiyyətində olan təhlükəsizlik və sabitlik məsuliyyətini öz üzərinə götürmək qərarına gəliblər?

    Bu gün region ölkələri öz təhlükəsizliyi, sabitliyi və gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməyə hər zamankindən daha çox məcburdur. Bizim həmişə müdafiə etdiyimiz prinsip də budur: regionun problemlərini buradakı ölkələrdən və xalqlardan yaxşı heç kim bilə bilməz. Doğrudur, regional proseslərin beynəlxalq təsirləri ola bilər, lakin regional suverenliyin, birgə həmrəyliyin və kollektiv iradənin möhkəmlənməsi qlobal sabitliyə də töhfə verəcək. Biz Türkiyə olaraq inanırıq ki, təhlükəsizlik və sabitliyi təmin etmək üçün region ölkələri arasında daha dözümlü mexanizmlərin qurulması müstəsna əhəmiyyət kəsb edir. Biz region ölkələrinin əksəriyyəti ilə yaxşı əlaqələr saxlayırıq və bu münasibətləri daimi təsisatlaşmış əməkdaşlığa çevirməyin çox faydalı olduğunu dərk edirik. Bu səbəbdən inanırıq ki, region ölkələri öz aralarındakı təsisatlaşmış əlaqələr vasitəsilə təhlükəsizliyini və iqtisadi sabitliyini təmin etməlidir. Mövcud manzara göstərir ki, regionun gələcəyi buradakı ölkələrin iradəsindən kənarda cızıla bilməz. Məqsədimiz kənarlaşdırıcı bloklar yaratmaq deyil, suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı etimada və birgə maraqlara söykənən regional əməkdaşlıq sistemi qurmaq olmalıdır. Türkiyə bu yanaşma ilə işini davam etdirəcək, ehtiyac yarandıqda məsuliyyəti üzərinə götürəcək və regionda sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək üçün diplomatik cəhdlərini sürdürəcək.

    "Məkkə Sazişi"nin qlobal iqtisadiyyat üçün böyük önəm daşıyan Körfəz bölgəsində təhlükəsizliyin güclənməsinə töhfə verəcəyini düşünürsünüzmü?

    Əlbəttə, buna inanıram və biz bunu aydın görürük. Əvvəldən vurğuladığım kimi, biz regionun inkişafına, rifahına, təhlükəsizliyinə və sülhünə xidmət edəcək bir saziş imzalamışıq. Körfəz bölgəsinin təhlükəsizliyi yalnız region ölkələri üçün deyil, qlobal iqtisadiyyat və beynəlxalq ticarət üçün də böyük əhəmiyyət kəsb edir. Enerji təchizatının təhlükəsizliyindən tutmuş dəniz yollarının təhlükəsizliyinə, ticarət axınının kəsintisizliyindən qlobal iqtisadi sabitliyə kadar bir çox məsələ bu bölgənin sülhü ilə birbaşa bağlıdır. Bu, sadəcə nəzəri yanaşma deyil; son aylarda baş verən hadisələr bunu bizə aydın şəkildə göstərdi.

    Bu səbəbdən Körfəz bölgəsində təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə yönəlmiş hər bir addım yalnız regional müstəvidə deyil, qlobal sülh və rifah baxımından da böyük dəyər daşıyır. Biz "Məkkə Birgə Müdafiə Sazişi"nin regionda birgə təhlükəsizlik və həmrəylik anlayışının möhkəmlənməsinə böyük töhfə verəcəyinə və mövcud yanaşmanı dəyişəcəyinə inanırıq. Təhlükəsizlik və iqtisadi inkişafı bir-birindən ayrı nəzərdən keçirmək olmaz. Dəfələrlə qeyd etmişəm ki, siyasi sabitlik və iqtisadi inkişaf yanaşı gedir. Avropa böyük müharibələrdən keçdikdən sonra ilk növbədə birgə fəaliyyətlə sabitlik və təhlükəsizliyə nail oldu, daha sonra iqtisadi inteqrasiya və rifaha qovuşdu. Biz bütün bu acıları və əzabları yaşamadan da həmin mərhələyə birgə çata bilərik. Sülh və sabitlik olmadan ticarət, investisiya və inkişaf davamlı ola bilməz. Eyni zamanda Körfəzin sabitliyi Asiya, Avropa və Afrika arasındakı iqtisadi əlaqələrin təhlükəsizliyi baxımından strateji məsələdir. Biz Körfəzdəki sülh və sabitliyi öz təhlükəsizliyimizdən və regional sülh baxışımızdan ayrı görmürük. Bu səbəbdən üzərimizə düşən bütün məsuliyyətləri yerinə yetirməyə və qurucu diplomatik səylərimizi davam etdirməyə hazırıq.

    Hörmüz boğazında vəziyyətin mövcud münaqişədən əvvəlki məcrasına qayıdacağını gözləyirsinizmi?

    Hörmüz boğazı yalnız regional deyil, qlobal miqyasda önəm daşıyan bir ərazidir. O, qlobal enerji təchizatı və beynəlxalq ticarət üçün son dərəcə strateji bir keçiddir. Bu səbəbdən burada yaşana biləcək hər hansı gərginlik yalnız region ölkələri ilə məhdudlaşmır; neft qiymətləri vasitəsilə bütün dünya bunun fəsadlarını gördü və hiss etdi.

    Məkkə razılaşması imzalandı: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə öhdəliyi götürdü Məkkə razılaşması imzalandı: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə öhdəliyi götürdü

    Hörmüz boğazı qlobal iqtisadiyyatın ana arteriyalarından biri olduğunu sübut etdi. Arzumuz və gözləntimiz mövcud gərginliyin ən qısa zamanda bitməsi və Hörmüz boğazının beynəlxalq ticarətə təhlükəsiz, sabit və kəsintisiz xidmət göstərməyə davam etməsidir. Bu isə bütün tərəflərin təmkinli davranmasından və diplomatiya kanallarını açık saxlamasından asılıdır. Biz heç vaxt gərginliyin artmasının tərəfdarı olmamışıq, əksinə bütün tərəflərlə dialoq quraraq problemlərin danışıqlar yolu ilə həllini müdafiə etmişik. Tərəfləri bir masa arxasına gətirməyə çalışmışıq. Çünki bilirik ki, ister Hörmüz boğazında, istər Ukraynada, istərsə də Fələstində davamlı həll münaqişə ilə deyil, diplomatiya ilə mümkündür. Belə mühüm və həssas dəniz keçidinin təhlükəsizliyi məsələsində region ölkələrinin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, regional mülkiyyətçiliyin və birgə təhlükəsizlik anlayışının güclənməsi Hörmüz boğazının sabitliyinə böyük töhfə verəcək. Hədəf Hürmüz boğazının normallaşması, təhlükəsiz və sabit vəziyyətə qayıtması və bu vəziyyətin daimi olması olmalıdır.

    Səudiyyə Ərəbistanı Krallığı ilə mövcud münasibətləri necə qiymətləndirirsiniz?

    Biz Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərimizi ortaq tariximiz, qardaşlıq bağlarımız və qarşılıqlı maraqlarımız əsasında formalaşmış strateji bir münasibət kimi görürük. Türkiyə və Səudiyyə Ərəbistanı sadəcə iki dost və qardaş ölkə deyil, həm də regionda sülh, sabitlik və rifah üçün vacib məsuliyyət daşıyan dövlətlərdir. Son dövrlərdə münasibətlərimizin qazandığı dinamikadan məmnunluq duyuruq. Siyasi dialoqumuzu gücləndirməklə yanaşı, iqtisadiyyat, ticarət, investisiya, müdafiə sənayesi, enerji və turizm başda olmaqla bir çox sahədə əməkdaşlığımızı inkişaf etdiririk. Səudiyyə Ərəbistanı ilə əlaqələrimizə müvəqqəti şəraitdən kənara çıxan, uzunmüddətli ortaq maraqlara və qarşılıqlı hörmətə dayanan bir baxışla yanaşırıq. Regionumuzun çox ciddi sınaqlardan keçdiyi bir vaxtda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında davamlı məsləhətləşmə və əməkdaşlıq hər zamankindən daha böyük önəm kəsb edir. "Məkkə Sazişi"nin müdafiə əməkdaşlığı başda olmaqla bir çox sahədə münasibətlərimizə töhfə verəcəyini düşünürük.

    Regionumuzun sülhü və sabitliyi üçün ortaq məsuliyyətlərimizi bilirik və buna uyğun hərəkət edirik. Türkiyə olaraq Səudiyyə Ərəbistanının və digər region ölkələrinin sabitliyinə və təhlükəsizliyinə böyük önəm veririk. Çünki regionumuzda yaşanan istənilən kiçik böhran belə, xüsusilə miqrasiya və terror baxımından bütün ölkələrə təsir edir. İnanıram ki, növbəti mərhələdə iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldıracaq addımlar atacağıq.

    Türkiyə Livandakı vəziyyəti də diqqətlə izləyir. Livanda baş verən son prosesləri necə dəyərləndirirsiniz?

    Livan bizim üçün sadəcə coğrafi baxımdan yaxın olan bir ölkə deyil, tarixi bağlarla bağlı olduğumuz dost və qardaş ölkədir. Livanın təhlükəsizliyi, sülhü və sabitliyi bütün regionumuzun sabitliyi üçün böyük önəm daşıyır. Müvafiq olaraq, digər ölkələrdə olduğu kimi, Livanın da suverenliyi, siyasi birliyi və ərazi bütövlüyü qorunmalıdır.

    Biz kənar müdaxilələr və ya hərbi vasitələrlə Livanın daxili problemlərinin daha da mürəkkəbləşdirilməsinə və ölkənin xarici güclərin rəqabət meydanına çevrilməsinə qarşıyıq. İnanırıq ki, Livan xalqı öz ölkəsinin gələcəyi ilə bağlı qərarları öz azad iradəsi ilə vermək hüququna malikdir. İsrailin təcavüzkar və ekspansionist siyasəti regiondakı əsas problemi təşkil edir və onun Livana hücumları dərhal dayandırılmalıdır. Bu çərçivədə Livanda atəşkəsə nail olunması üçün aparılan danışıqları müsbət addım kimi qiymətləndiririk. Livanın təhlükəsizliyini və sabitliyini regional sülhdən ayrı görmək olmaz. Yaxın Şərqin tarixi sürekli olaraq münaqişələr, dağıntılar və acılarla yazılmamalıdır. Bu region sülh, rahatlıq və rifah içində yaşamağa layiqdir. Türkiyənin bütün diplomatik səylərinin əsasında bu anlayış dayanır. Regionumuz illərdir müharibə və göz yaşları ilə anılıb, bu reallığı dəyişmək üçün əlimizdən gələni etməliyik. Əlbəttə ki, Livanın sabitliyini bərpa etməsini, təsisatlarının güclənməsini və xalqının gələcəyə inamla baxmasını arzulayırıq. Bu çərçivədə hər türlü texniki dəstəyi verməyə və əməkdaşlıq etməyə hazırıq. Bu iradəmizi son vaxtlar ölkəmizdə qonaq etdiyimiz cənab Prezident Cozef Auna və cənab Baş nazir Nəvaf Salama da ifadə etmişik.

    Suriyada dəyişiklik prosesini indiyədək necə qiymətləndirirsiniz?

    Suriyada yaşanan dəyişiklik prosesini Suriya xalqının öz gələcəyini özü müəyyən etmək iradəsi baxımından tarixi bir dönüş nöqtəsi kimi dəyərləndiririk. Türkiyə ilk gündən Suriyanın ərazi bütövlüyünü, siyasi birliyini və suverenliyini müdafiə edib. Suriyanın məruz qaldığı müharibə, terror və sabitliksizlik bütün regiona böyük zərərlər vurdu. İndi isə yeni bir mərhələnin qarşısındayıq. Əsas gözləntimiz bu mərhələnin davamlı sülhə, sabitliyə və Suriyanın yenidən qurulmasına yol açmasıdır.

    “Məkkə Anlaşması” Suriyaya hansı imkanları yarada bilər? “Məkkə Anlaşması” Suriyaya hansı imkanları yarada bilər?

    Suriyanın şimalında və ya hər hansı digər hissəsində Türkiyənin təhlükəsizliyinə təhdid yaradacaq heç bir təşkilatın və ya qurumun mövcudluğuna icazə verməyəcəyik. Suriyanın ərazi bütövlüyü bizim üçün nə qədər mühümdürsə, Türkiyənin milli təhlükəsizliyi də bir o qədər vacibdir. Bu mərhələnin başlanğıcından bəri arzumuz suriyalı qardaşlarımızın öz ölkələrində təhlükəsizlik və sülh şəraitində yaşaması olub. Suriya 2024-cü ilin dekabrından bəri ölkədə təhlükəsizlik şəraitinin yaxşılaşdırılması, iqtisadi inkişaf üçün zəmin yaradılması və cəmiyyətdə həmrəyliyin bərqərar olunması istiqamətində vacib məsafə qət edib. Əlbəttə ki, bu nəticələrin əldə olunmasında regional mülkiyyətçiliyin və regional dəstəyin böyük rolu olub. Region ölkələri və beynəlxalq aləmlə yaxşı əlaqələr quran Suriya hökuməti diqqətini davamlı sabitlik və təhlükəsizlik gündəminə yönəldərək əlavə münaqişələrə girməkdən yayınmaq bacarığı nümayiş etdirdi. Bu gün Suriyada vəziyyətin normallaşması bütün region üçün strateji əhəmiyyət kəsb edən məsələyə çevrilib. Suriya artıq sabitliksizlik mənbəyi kimi deyil, birgə inkişaf və əməkdaşlıq layihələri ilə xatırlanmağa başlayıb.

    Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın sabitliyi, yenidən ayağa qalxması və regional sülhün güclənməsi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə devam edəcək. Türkiyə bu istiqamətdə regional və beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etməkdə qərarlıdır. Suriyada yeni bir səhifə açıldığı bir vaxtda, bu səhifə yeni acılarla deyil, sülh, qardaşlıq, suverenlik və birgə gələcək baxışı ilə yazılmalıdır.

    #Rəcəb Tayyib Ərdoğan #Məkkə Yolu #Səudiyyə Ərəbistanının vəliəhdi #Türkiyə və Pakistan arasında üçtərəfli müdafiə sazişi gündəmdə #Türkiyə Prezidenti #Məkkə Birgə Müdafiə Sazişi #Livan İsrail münaqişəsi #Rəcəb Tayyib Ərdoğan müsahibəsi #Türkiyə Səudiyyə Ərəbistanı əlaqələri #Suriya son vəziyyət Türkiyə #Məhəmməd bin Salman Ərdoğan #Recep Tayyip Erdogan Asharq Al Awsat #Makkah Joint Defense Agreement #Rəcəb Tayyib Ərdoğandan Məkkə Sazişi ilə bağlı tarixi bəyanatlar #BMT Nizamnaməsinin 51-ci maddəsi #Üçtərəfli Məkkə Sazişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

    21 Avqust 2026 06:22

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

    18 Avqust 2026 09:27

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25

    Hər birimizin bir İsmayılı var - Məkkə zəvvarlarının hekayələri yeni romanda

    16 Avqust 2026 08:18

    Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?

    15 Avqust 2026 22:54

    Hörmüz boğazının açılması prioritetdir - Rəcəb Tayyib Ərdoğan

    15 Avqust 2026 21:18

    Misirin Məkkə sazişinə qoşulması mümkündür, Suriyaya səfər edəcəyəm - Ərdoğan

    15 Avqust 2026 19:42

    Məkkə müdafiə paktı qarşıdurmaya deyil, cavabdehlik hissəsinə söykənir - Pakistanın BMT-dəki səfiri

    13 Avqust 2026 12:06

    Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək

    11 Avqust 2026 16:34
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.