Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı birgə müdafiə müqaviləsinə Misirin də qoşulması mümkündür. Türkiyə lideri ölkəsinin Suriya və Qəzzanı tək qoymayacağını vurğulayaraq, Hörmüz boğazının açılmasının vacibliyini qeyd edib.
#Məkkə Sazişi
Məkkə sazişi müstəvisində İran faktoru önəm daşıyır
Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Razılaşmasının hərbi əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutduğunu açıqlayıb. Aktürk bildirib ki, razılaşmanın əsas məqsədi regional təhlükəsizlik və sabitliyə töhfə vermək, üç ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və mümkün böhranlar zamanı birgə fəaliyyət imkanlarını gücləndirməkdir.
Küveyt Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi münasibətilə Pakistanı təbrik edib. Nazirlər regiondakı mövcud vəziyyət, o cümlədən işğal altında olan Şərqi Qüdsdə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi NATO və digər mövcud ittifaqlara alternativ yaradılması məqsədi daşımır. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CNN Türk telekanalına açıqlamasında bildirib ki, saziş hər hansı ölkəyə və ya bloka qarşı yönəlməyib və əsas məqsəd regional təhlükəsizliyi gücləndirməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanan müdafiə sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, kollektiv çəkindirmə prinsipinə əsaslanan razılaşma təhlükəsizlik və müdafiə əməkdaşlığını, birgə müdafiə sənayesi layihələrini və terrorizmlə mübarizəni gücləndirəcək. Ərdoğan sazişin regionda sülh və sabitliyə töhfə verməyi hədəflədiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının ictimai diplomatiya üzrə nazir müavini Raed Krimli bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişi hərbi ittifaq və ya məzhəb əsaslı blok yaratmaq məqsədi daşımır. Onun sözlərinə görə, sənəd dayanıqlı müdafiə imkanlarının inkişafına yönəlib və nə nüvə ambisiyaları, nə də silahlanma yarışı ilə əlaqəlidir. Krimli əlavə edib ki, saziş krallığın mövcud regional və beynəlxalq tərəfdaşlıqlarına xələl gətirmir və heç bir ölkəyə qarşı yönəlməyib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, sənəd üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirmə imkanlarını gücləndirəcək, eyni zamanda regionda sülh və sabitliyin qorunmasına töhfə verəcək.