BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda ölkədən qanunsuz yollarla çıxmağa hazırlaşdığı bildirilən FETÖ ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb.
VOA xəbər verir ki, Ədirnə Vilayət Polis İdarəsinin Kəşfiyyat Şöbəsi və Keşan Rayon Polis İdarəsinin Terrorla Mübarizə Bürosunun əməkdaşları Keşan–Gelibolu avtomobil yolunda F.K.-nın idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.
Avtomobildə sürücü F.K., narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğuna görə ölkədən çıxışına qadağa qoyulan S.İ., həmçinin FETÖ ilə əlaqədə şübhəli bilinən E.T., Z.T.E. və S.T. aşkarlanaraq saxlanılıblar.
Saxlanılan şəxslər polis bölməsində aparılan prosedurlardan sonra məhkəməyə göndəriliblər.
Məhkəmənin qərarı ilə E.T., Z.T.E. və S.T. barəsində həbs qətimkan tədbiri seçilib. S.İ. və avtomobilin sürücüsü F.K. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.
Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.