#Türkiyə Kipr siyasəti

Dünyada bir-birinin ardınca böhranlar yaşandığı bir vaxtda BMT Baş katibi Antonio Quterreşin diqqətini 52 ildən çoxdur nisbi sabitliyin hökm sürdüyü Kiprə yönəltməsi yeni müzakirələrə səbəb olub. Quterreşin Kipr məsələsində “ortaq zəmin” tapılması və 5+1 formatında danışıqların yenidən başlanması istiqamətində səyləri adadakı siyasi prosesləri yenidən gündəmə gətirib.

Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsi ilə bağlı bəyanat yayıb. Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, Kipr rum tərəfinin barışmaz mövqeyi dəyişmədiyi və regional təhlükəsizliyə mənfi təsir göstərən addımlarına son qoymadığı müddətdə problemin həlli perspektivi konkret məzmun kəsb etməyəcək.

MHP sədri çıxışında Şərqi Aralıq dənizinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankaranın öz hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacağını bildirib. Bahçeli həmçinin Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək, onun siyasətini “Napoleon ambisiyaları” kimi xarakterizə edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin bölgədəki planları gərginliyi artırır.