BAKI,VOA, Fərid Mikayılov
Türkiyədə aparılan əməliyyat nəticəsində 3 il ərzində həyata keçirilən “change” sxemi ifşa olunub.
VOA xəbər verir ki, şübhəlilərin qəzaya düşmüş, yanğın və ya digər səbəblərlə yararsız hala düşmüş nəqliyyat vasitələrinin şassi və mühərrik məlumatlarını dəyişdirərək onları yenidən satışa çıxardıqları müəyyən edilib.
Polisin araşdırması nəticəsində ümumilikdə 28 avtomobilin mühərrik və şassi nömrələrinin dəyişdirildiyi aşkarlanıb.
İstanbul mərkəzli olmaqla Samsun və Antalya vilayətlərində eyni vaxtda keçirilən əməliyyat zamanı 16 nəfər saxlanılıb, dəyişdirilmiş avtomobillər isə müsadirə olunub.
Hazırda saxlanılan şəxslərin istintaq hərəkətləri davam etdirilir.