Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə ABŞ və İran arasında gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik yürüdür

    23 Mart 2026 17:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ABŞ və İran arasında gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik yürüdür
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ-ın "Axios" xəbər saytı Türkiyənin son iki gündür ABŞ ilə İran arasındakı kritik mesaj trafikini idarə edən əsas ölkələrdən biri olduğunu bildirib. Prosesə Misir və Pakistan da qoşulub.

    VOA xəbər verir ki, Türkiyə, Misir və Pakistanla birlikdə gərginliyi azaltmaq məqsədilə ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir. Tərəflər arasında intensiv mesaj mübadiləsi davam edir.

    Yaxın Şərqdə artan gərginliyi səngitmək üçün aparılan diplomatik səylərdə Türkiyə kilit rol üstlənib. Saytın baş müxbiri Barak Ravidin amerikalı mənbələrə istinadən verdiyi xəbərə görə, Ankara son iki gündür Vaşinqton və Tehran rəhbərlikləri arasında "məkiy diplomasiyası" (mekik diplomasisi) yürüdür.

    Türkiyə ilə yanaşı prosesdə iştirak edən Misir və Pakistanın yüksək rütbəli rəsmiləri Ağ Ev nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Mesaj trafikini idarə edən ölkələrin başında gələn Türkiyə, böhranın daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün tərəflər arasında birbaşa ünsiyyəti təmin edir.
    "Müharibəni dayandırmağı müzakirə edirik"

    Amerikalı bir rəsmi üç ölkənin apardığı diplomatiyanın hədəflərini bu sözlərlə xülasə edib:

    "Vasitəçilik prosesi davam edir və irəliləyiş qeydə alınır. Müzakirələr müharibəni tamamilə dayandırmaq və asılı qalan bütün problemləri həll etmək üzərində qurulub. Yaxın vaxtda cavablar alacağımıza ümid edirik."

    #Türkiyə #Pakistan #Misir #Tehran #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.