Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə 16 ölkəyə yeni səfir təyin edib

    20 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə 16 ölkəyə yeni səfir təyin edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici siyasət aparatında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.

    AzerVoice xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bir sıra səfirliklər və daimi nümayəndəliklər üzrə yeni təyinatları təsdiqləyib. Qərara əsasən, Türkiyənin 16 ölkədəki səfiri dəyişdirilib və diplomatik nümayəndəliklərdə yeni vəzifə bölgüsü aparılıb.

    Yeni təyinatlara əsasən, Konsulluq Baş direktoru səfir Gülsün Erkul Budapeştə səfiri, İkitərəfli Münasibətlər (Suriya) üzrə Baş direktor səfir İhsan Mustafa Yurdakul UNESCO yanında Türkiyənin daimi nümayəndəsi, San-Paulu baş konsulu Özgür Uludüz Luanda səfiri təyin olunub.

    Kütləvi diplomatiya və Strateji Kommunikasiya üzrə Baş direktor səfir Nevzat Uyanık Kuala-Lumpur səfiri, Protokol üzrə Baş direktor səfir Ahmed Cemil Miroğlu Riqa səfiri, Balkanlar üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Barış Ceyhun Erciyes Tiran səfiri vəzifəsinə gətirilib.

    Humanitar və Texniki Yardımlar üzrə Baş direktor səfir Korhan Karakoç Stokholm səfiri, səfir Mustafa Türker Arı Tiflis səfiri, Mustafa Kibaroğlu isə BMT-nin Vyana Ofisi yanında Türkiyənin daimi nümayəndəsi təyin edilib.

    Şimal-Şərqi Aralıq dənizi üzrə İkitərəfli Münasibətlər Baş direktoru səfir Burak Özügergin Kopenhagen səfiri, Diplomatiya Akademiyasının sədr müavini Mesud Özcan Punom Pen səfiri, səfir Mehmet Cem Kahyaoğlu isə Bissau səfiri olub.

    İƏT və D-8 üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Özgür Arslan Niamey səfiri, Cənub və Qərbi Avropa üzrə İkitərəfli Münasibətlər Baş direktorunun müavini səfir Dilşad Kırbaşlı Karaoğlu Dakar səfiri vəzifəsinə təyin edilib.

    Kuala-Lumpur səfiri Emir Salim Yüksel Boqota səfiri, Lissabon səfirliyinin birinci katibi Zeyneb Kalali Kito səfiri, Riqa səfiri Şule Öztunç San-Salvador səfiri, Meltem Güney La-Pas səfiri, Avropa Şurası üzrə Çoxtərəfli Münasibətlər Baş direktorunun müavini Halime Ebru Demircan isə Antananarivo səfiri kimi fəaliyyət göstərəcək.

    #Türkiyədə 16 ölkə üzrə səfir dəyişiklikləri aparıldı #Hakan Fidan yeni səfir təyinatlarını təsdiqlədi #Türkiyənin diplomatik nümayəndəliklərində kadr islahatı #Xarici işlər nazirliyində genişmiqyaslı səfir dəyişiklikləri #Ankara 16 ölkədə diplomatik heyəti yenilədi #Türkiyənin yeni səfirləri bəlli oldu #Hakan Fidan 16 ülkenin büyükelçisini değiştirdi #Türkiye’de kapsamlı büyükelçi atamaları #Dışişleri’nde kritik diplomatik görev değişiklikleri #Yeni büyükelçiler belli oldu #Ankara’dan 16 ülkeye yeni büyükelçi #Türk diplomasisinde geniş kadro revizyonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    26 Avqust 2026 15:00

    Kayseridə 4,1 maqnitudalı zəlzələ baş verib

    26 Avqust 2026 11:35

    Türkiyənin əhalisi 86,3 milyona çatdı

    26 Avqust 2026 09:46

    Qətər və Türkiyə İqtisadi Tərəfdaşlıq Sazişinin icrasını müzakirə edib

    25 Avqust 2026 18:38

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    23 Avqust 2026 11:40

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    23 Avqust 2026 11:36

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05
    XƏBƏR LENTİ

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    Qətərin Baş nazirinin Tehran səfərində Hörmüz boğazı əsas mövzulardan biridir

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.