Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə təbii qazda mühüm razılaşmalar əldə edib – Azərbaycan qazı üçün yeni fürsətlər açılır - Bayraktar

    11 Sentyabr 2025 12:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə təbii qazda mühüm razılaşmalar əldə edib – Azərbaycan qazı üçün yeni fürsətlər açılır - Bayraktar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur.

    AzerVoice xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb.

    “Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.” - deyə Bayraktar qeyd edib.

    Bundan əlavə, Azərbaycan qazı artıq Türkiyə-Bolqarıstan interkonnektorları vasitəsilə Avropaya da ötürülməyə başlanıb. Bu isə Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyində daha strateji mövqe qazanmasına şərait yaradır.

    Bayraktar əlavə edib ki, qazlaşdırma gücündə son illərdə baş verən artım – yəni LNG qəbul və emal imkanlarının beş qat böyüməsi – Türkiyəni regional qaz habına çevirməkdədir. Bu struktur dəyişiklikləri Azərbaycanın da daxil olduğu enerji tərəfdaşlığına güclü dəstək verir.

    “Biz Türkiyədə qazı çoxaldaraq daxili bazarda qiymətləri aşağı salacağıq və artıq olan qazı Avropaya ixrac etməklə ölkəmiz üçün əlavə iqtisadi qazanc əldə edəcəyik,” – deyə Bayraktar bildirib.

    #Azərbaycan #Azərbaycan-Türkiyə İnvestisiya Forumu #Suriya #təbii qaz #Suriya xəbərləri #Suriya-Azərbaycan münasibətləri #Türkiyə və təbii qaz istehsalı #Suriya-Azərbaycan təbii qaz layihəsi #Suriya-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələr #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi #Suriya Azərbaycan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.