#Suriya Azərbaycan münasibətləri

Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor Muxtar Fateh Bi Dilinin qələmə aldığı məqalədə vurğulanır ki, son onilliklər ərzində Azərbaycan–Suriya münasibətləri siyasi və iqtisadi durğunluq, hətta qopma mərhələsindən keçib. Bu vəziyyət xalqlar arasında fikir ayrılıqlarından deyil, daha çox keçmiş Suriya rejiminin – diktator Bəşər Əsəd dövründə yürüdülən siyasətin birbaşa nəticəsi olub. Həmin hakimiyyət Azərbaycanın Qarabağ bölgəsində torpaqlarının işğalı zamanı Ermənistanı siyasi baxımdan dəstəkləməklə suverenlik və ərazi bütövlüyü prinsiplərini açıq şəkildə gözardı edib və bu, iki xalqın maraqları ilə ziddiyyət təşkil edib.

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib. Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb: "Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib".

Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur. İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb. “Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.”

Nəsiminin Hələbdəki məzarı Türkmən kimliyinin simvoludur. O Nəsiminin Hələbdəki məzarının təkcə bir şəxsin qəbri olmadığını, həm də ortaq Türk-İslam mədəniyyətinin və türkmən kimliyinin canlı bir simvolu olduğunu vurğulayıb. “Harada bir məzar daşımız varsa, orası bizim torpağımızdır. Nəsiminin Hələbdəki məzarı bizə miras və əmanət kimi qalıb. Oradakı insanlar da bu əmanətə sahib çıxır və hər zaman da çıxacaqlar.” - deyə Muxtar Fatih Beydili qeyd edib. Beydili qeyd edir ki, Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk-İslam dünyasının ortaq dəyərlərindən biridir və onun məzarı Suriyadakı türkmənlər üçün kimlik və mənsubiyyətin konkret bir təcəssümüdür.

Suriya Energetika Nazirliyinin Korporativ Əlaqələr müdiri Əhməd Süleyman bildirib ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması ilə ölkədə elektrik enerjisi istehsalı əhəmiyyətli dərəcədə artacaq və gündəlik elektrik verilişi 10 saata qədər yüksələcək. 14 illik müharibədən sonra yenidənqurma mərhələsinə qədəm qoyan Suriyada enerji infrastrukturunun böyük ölçüdə dağıldığını vurğulayan Süleyman, bu sahədə bərpa işlərinə ciddi səy göstərildiyini qeyd edib.