#Suriya-Azərbaycan münasibətləri

Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor Muxtar Fateh Bi Dilinin qələmə aldığı məqalədə vurğulanır ki, son onilliklər ərzində Azərbaycan–Suriya münasibətləri siyasi və iqtisadi durğunluq, hətta qopma mərhələsindən keçib. Bu vəziyyət xalqlar arasında fikir ayrılıqlarından deyil, daha çox keçmiş Suriya rejiminin – diktator Bəşər Əsəd dövründə yürüdülən siyasətin birbaşa nəticəsi olub. Həmin hakimiyyət Azərbaycanın Qarabağ bölgəsində torpaqlarının işğalı zamanı Ermənistanı siyasi baxımdan dəstəkləməklə suverenlik və ərazi bütövlüyü prinsiplərini açıq şəkildə gözardı edib və bu, iki xalqın maraqları ilə ziddiyyət təşkil edib.

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib. Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb: "Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib".

27 noyabr 2024 səhərinin erkən saatlarından sonra Suriya artıq əvvəlki Suriya deyildi. “Hücumları Əngəlləmə Əməliyyatı” başladıqdan sonra on dörd il davam edən inqilab, müharibə və parçalanmadan sonra gözlənilən an gəldi. Yalnız on iki gün ərzində Bəşşar Əsəd rejimi görünməmiş sürətlə dağılaraq vilayətlər tədricən azad edildi və 8 dekabr səhəri döyüşçülər Dəməşqə daxil olaraq rejimin sona çatdığını elan etdilər. Eyni günün axşamı rejim lideri Moskvaya qaçarkən görüntüləndi.

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

Dünya ticarət marşrutlarının yenidən bölüşdürülməsinə diqqət yönəldərkən, Azərbaycan addım-addım cənub istiqamətində mövqelərini gücləndirir və Şərqi Aralıq dənizi hövzəsinə çıxış əldə edir. Uzun illər sanksiyaların və təcridin təsiri altında qalan Suriya yenidən beynəlxalq marağın mərkəzinə çevrilir. Dəməşqin regional arxitekturada canlanmaqda olan rolu elə bir dövrə təsadüf edir ki, Bakı ixracın diversifikasiyasına və yeni enerji bazarlarının axtarışına sistemli şəkildə girişib. Beləcə, onilliklərdən sonra ilk dəfə elə bir formul yaranır ki, burada Azərbaycan və Suriya təkcə tərəfdaş deyil, həm də Yaxın Şərqin yeni enerji məntiqinin potensial müəllifləridir.

Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur. İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb. “Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.”

Nəsiminin Hələbdəki məzarı Türkmən kimliyinin simvoludur. O Nəsiminin Hələbdəki məzarının təkcə bir şəxsin qəbri olmadığını, həm də ortaq Türk-İslam mədəniyyətinin və türkmən kimliyinin canlı bir simvolu olduğunu vurğulayıb. “Harada bir məzar daşımız varsa, orası bizim torpağımızdır. Nəsiminin Hələbdəki məzarı bizə miras və əmanət kimi qalıb. Oradakı insanlar da bu əmanətə sahib çıxır və hər zaman da çıxacaqlar.” - deyə Muxtar Fatih Beydili qeyd edib. Beydili qeyd edir ki, Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk-İslam dünyasının ortaq dəyərlərindən biridir və onun məzarı Suriyadakı türkmənlər üçün kimlik və mənsubiyyətin konkret bir təcəssümüdür.