Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Qəzzaya yola düşən "Sumud Flotiliya"sına qoşulacaq türk aktivistlər bu gün yola çıxır

    31 Avqust 2025 16:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzaya yola düşən "Sumud Flotiliya"sına qoşulacaq türk aktivistlər bu gün yola çıxır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyədən “Qlobal Sumud Flotiliyası”na qoşulacaq aktivistlər bu gün yola çıxır.

    AzerVoice xəbər verir ki, türk aktivistlər əvvəlcə Tunisə hərəkət edəcəklər. Qəzzaya ərzaq və humanitar yardım aparmaq, həmçinin tətbiq olunan blokadanı yarmaq məqsədilə bütün hazırlıqlarını tamamlayan flotiliya üçün gözlənilən gün çatıb.

    “Azadlıq Flotiliyası”nın davamı olan “Qlobal Sumud Flotiliyası” Qlobal Qəzza Hərəkatı, Sumud Karvanı və Malayziya Sumud Nusantara təşkilatlarının birləşməsi ilə formalaşıb və onlarla gəmi ilə Qəzzaya doğru hərəkət edəcək. Flotiliyanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq, qanunsuz blokadanı yarmaq və beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərin üzləşdiyi humanitar böhrana cəlb etməkdir.

    44 ölkədən minlərlə aktivistin iştirak etdiyi flotiliya İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün bu gün İspaniyadan, sentyabrın 4-də isə Tunisdən yola çıxacaq. Türkiyə nümayəndə heyəti də bu gün Tunisə hərəkət edir və sentyabrın 4-də oradan Qəzzaya doğru yola davam edəcək.

    Yardım flotiliyasına daxil olan gəmilər artıq Barselona limanından çıxıblar. Barselonadan sonra İtaliya, Yunanıstan və Tunisdən Aralıq dənizinə açılacaq təxminən 20 gəmi və 300-dən çox iştirakçı arasında aktivistlər, sənətçilər, siyasətçilər, həkimlər və jurnalistlər də yer alır.

    Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında son 24 saat ərzində 88 nəfər həlak olub, 421 nəfər isə yaralanıb. Bununla da müharibənin əvvəlindən bəri ölənlərin ümumi sayı 63 min 459 nəfərə çatıb.

    Nazirliyin açıqlamasına əsasən, İsrail ordusunun atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 11 min 328 nəfər həlak olub, 48 min 215 nəfər isə yaralanıb. Son 24 saatda humanitar yardım gözləyən insanların hədəfə alındığı hücumlarda 30 nəfər ölüb, 166 nəfər yaralanıb.

    #Qəzza #İsrail #Qəzza zolağı #Tunis #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Qəzzanın bərpası 2025 #Azadlıq Donanması #Qlobal Sumud Flotiliyası #Sumud Karvanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.