Məlumata əsasən “Əzm Qlobal Flotiliyasının” iştirakçıları arasında iki Azərbaycan vətəndaşı - Orxan Səmədzadə və Pərvin Əzimov da var. Onlar Qəzzaya humanitar yardım aparmaq məqsədilə təşkil olunan dinc aksiya zamanı İsrail tərəfindən saxlanılıb və hazırda qanunsuz şəkildə həbsdə saxlanılırlar.
#Sumud Karvanı
İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım aparan «Əzm Donanması»nın (SUMUD) mülki qayıqlarını saxlayıb. 40-dan çox qayıqda olan təxminən 500 nəfər - parlament üzvləri, vəkillər və fəallar - hüquqi baxımdan əsasən şəxsiyyətin müəyyənləşdirilməsi, qısa müddətli saxlanma və ölkədən çıxarılma prosedurları ilə üzləşəcək.
İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.
Türkiyədən “Qlobal Sumud Flotiliyası”na qoşulacaq aktivistlər bu gün yola çıxır. Türk aktivistlər əvvəlcə Tunisə hərəkət edəcəklər. Qəzzaya ərzaq və humanitar yardım aparmaq, həmçinin tətbiq olunan blokadanı yarmaq məqsədilə bütün hazırlıqlarını tamamlayan flotiliya üçün gözlənilən gün çatıb. “Azadlıq Flotiliyası”nın davamı olan “Qlobal Sumud Flotiliyası” Qlobal Qəzza Hərəkatı, Sumud Karvanı və Malayziya Sumud Nusantara təşkilatlarının birləşməsi ilə formalaşıb və onlarla gəmi ilə Qəzzaya doğru hərəkət edəcək. Flotiliyanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq, qanunsuz blokadanı yarmaq və beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərin üzləşdiyi humanitar böhrana cəlb etməkdir.